Çerniqova raket hücumu - 15 ölü 61 yaralı

Rusiya qoşunlarının Ukraynanın Çerniqov şəhərinə raket hücumu zamanı ölənlərin sayı 15-ə çatıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə zamanı xəsarət alanların sayı 61-ə yüksəlib.

Yaralananlardan üçünün uşaq olduğu qeyd edilib.

Axtarış-xilasetmə işlərinin davam etdirildiyi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31