Rusiyanın Smolensk vilayətinin Vyazma şəhərində Paninski körpüsü uçub.
Olaylar.az bu barədə rus KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, uçqun anında körpünün üzərində iki avtomobil - yük və minik maşını olub. Hadisə nəticəsində 1 qadın ölüb, 5 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Uçqunun səbəbləri hələlik məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31