"Crocus"dakı terror aktını Makron maliyyələşdirib - Medvedev
6 Aprel 2024 19:45 Ru"Crocus City Hall"da törədilən terror aktını Fransa prezidenti Emmanuel Makron və digər Qərb liderləri maliyyələşdirib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib. Terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31