Mədəniyyət

Azərbaycanda yeni konsepsiyalı kitabxana açıldı

28 Mart 2017 17:09

Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan Sabunçu rayon MKS–nin 1 saylı filialının M.Şəhriyar adına kitabxananın rekonstruksiyadan sonra açılışı olub.

Əməkdar artist dünyasını dəyişib

28 Mart 2017 16:32

F. Xudaverdiyev bədxassəli şişdən əziyyət çəkirdi. O, bu gün Qobu qəbiristanlığında dəfn olunacaq. 1939-cu ildə Bakının Qobu kəndində anadan olan Firuz Xudaverdiyev Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb. Aktyor 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. F. Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, “Pəncərədə işıq”, “Biz qayıdacağıq”, “Günaydın mələyim” və s. ekran əsərlərində çəkilib. 

“Hüseyn Cavid. Pyeslər” kitabı nəşr olunub

28 Mart 2017 15:34

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşri başa çatdırılan “Hüseyn Cavid. Pyeslər” kitabı Cavidsevərlərin ixtiyarına verilib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, kitabda görkəmli şair, dramaturq Hüseyn Cavidin “Ana”, “Şeyx Sənan”, “İblis”, “Səyavuş” və “Xəyyam” pyesləri toplanıb. Pyeslər H.Cavidin 2005-ci ildə nəşr olunan “Əsərləri” 5 cildliyindən götürülərək tərtib edilib. Və yeni nəşrdə dramaturqun yazı dili və üslubu olduğu kimi saxlanılıb. Xalq yazıçısı Elçinin tərtibçisi və ön sözünün müəllifi olduğu kitab “Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

Musiqili Teatrda Beynəlxalq Teatr Günü

28 Mart 2017 15:22

Azərbaycan Dövlət Musiqili Teatrında Beynəlxalq Teatr Günü qeyd edilib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, bu münasibətlə Dövlət Musiqili Teatrının Təbriz Teatrı ilə birlikdə hazırladığı müştərək Beynəlxalq layihə olan “Bəxtəvər” şou-tamaşası nümayiş olunub. “Beynəlxalq Teatr Günündə təqdim etdiyimiz “Bəxtəvər” şousu teatr ictimaiyyətimiz üçün bir sıra yeniliklərlə zəngindir.

Əlisəttar Atakişiyev – 110

28 Mart 2017 14:07

Joao Mestre: “Azərbaycan mənim üçün maraqlı ölkədir”

28 Mart 2017 13:49

BBMM-in 2016-cı ildəki əhəmiyyətli layihələri sırasında yer alan “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinə 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. 

Səmayə Əsgərova beynəlxalq müsabiqənin münsif heyətində

28 Mart 2017 12:44

Avstraliyada keçirilən LET`S CEE Film Festivalında Azərbaycan filmləri təqdim olunub.  Festival çərçivəsində kino mütəxəssisləri üçün nəzərdə tutulmuş “İndustriya günləri” xüsusi proqramında “Azərbaycanfilm” kinostudiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəisi Səmayə Əsgərova Azərbaycanda kinoindustriya haqqında mühazirə ilə çıxış edib.

“Qırmızı bağ”, “Əli və Nino”,  “Şanxay, Bakı” beynəlxalq festivalda

28 Mart 2017 12:37

Avstriyada keçirilən LET`S CEE Film Festivalında Azərbaycan filmləri iştirak edib.Festival çərçivəsində Vyanada Mirbala Səlimlinin “Qırmızı bağ”, Azərbaycan və Böyük Britaniyanın birgə istehsalı olan “Əli və Nino”, Teymur Hacıyevin “Şanxay, Bakı” və retrospektiv proqramda “Arşın mal alan” filmləri nümayiş olunub. “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan “Qırmızı bağ” filmi “İddialı debüt” proqramında nümayiş etdirilib. Tamaşaçıların marağını nəzərə alaraq, festivalda filmin əlavə olaraq xüsusi nümayişini də təşkil edilib. Nümayişlərdə tamaşaçılar və mətbuat nümayəndələri ilə müzakirələrdə filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Salimli iştirak edib.

TÜRKSOY-un Buxarestdə möhtəşəm konserti keçirilib

28 Mart 2017 10:35

Novruz bayramı münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) xalq çalğı alətləri ansamblının Rumıniyada ikinci konserti Buxarestdə yerləşən Milli Opera binasında keçirilib. Konsert TÜRKSOY və Yunus Əmrə Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.