Musiqili Teatrda Beynəlxalq Teatr Günü
Azərbaycan Dövlət Musiqili Teatrında Beynəlxalq Teatr Günü qeyd edilib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, bu münasibətlə Dövlət Musiqili Teatrının Təbriz Teatrı ilə birlikdə hazırladığı müştərək Beynəlxalq layihə olan “Bəxtəvər” şou-tamaşası nümayiş olunub. “Beynəlxalq Teatr Günündə təqdim etdiyimiz “Bəxtəvər” şousu teatr ictimaiyyətimiz üçün bir sıra yeniliklərlə zəngindir.
28 Mart 2017 15:22 MədəniyyətAzərbaycan Dövlət Musiqili Teatrında Beynəlxalq Teatr Günü qeyd edilib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, bu münasibətlə Dövlət Musiqili Teatrının Təbriz Teatrı ilə birlikdə hazırladığı müştərək Beynəlxalq layihə olan "Bəxtəvər" şou-tamaşası nümayiş olunub. "Beynəlxalq Teatr Günündə təqdim etdiyimiz "Bəxtəvər" şousu teatr ictimaiyyətimiz üçün bir sıra yeniliklərlə zəngindir. Bu musiqili, komik səhnə əsəri Təbriz Teatrı ilə birlikdə hazırladığımız Beynəlxalq layihədir. Mədəni turizmin inkişafına töhfə kimi reallaşdırdığımız bu layihə düşünürəm ki, çox uğurlu alındı. Tamaşanın biletləri ölkəmizlə yanaşı, İran İslam Respublikasının turizm şirkətlərində də satılırdı. Təbrizdə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin baş rolu ifa etməsi "Bəxtəvər" tamaşasına İranda da böyük maraq yaratdı.", - deyə layihənin ideya müəllifi və bədii rəhbəri, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayev söyləyib.
Qed edək ki, layihənin əlaqələndiricisi İran İslam Respublikası Mədəniyyət Nazirliyi Mərkəzi Teatrlar İdarəsinin kordinatoru Atabəy Nadiridi.
Tamaşanın quruluşçu rejissoru İran İslam Respublikasının nüfuzlu teatr rejissorlarından biri olan Yaqub Sadiqcamali, quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Fxərəddin Atayev, quruluşçu balaetmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor asisstenti Elməddin Dadaşovdur.