Azərbaycanda yeni konsepsiyalı kitabxana açıldı
Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan Sabunçu rayon MKS–nin 1 saylı filialının M.Şəhriyar adına kitabxananın rekonstruksiyadan sonra açılışı olub.
28 Mart 2017 17:09 MədəniyyətMartın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan Sabunçu rayon MKS-nin 1 saylı filialının M.Şəhriyar adına kitabxananın rekonstruksiyadan sonra açılışı olub.
Baş İdarədən "Olaylar" - a bildirilib ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri Ədalət Vəliyev və Vaqif Əliyev , Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev və müavini Arzu Məmmədova, Milli Məclisin deputatı Fazil Mustafa, mədəniyyət işçiləri və media nümayəndələri iştirak ediblər.
Nazir Əbülfəs Qarayev çıxışında qeyd etdi ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşəbbüsü ilə yaradılan müasir kitabxana kompleksi qəsəbə sakinlərinin və gənclərin asudə vaxtlarının mənalı keçirmələrinə xidmət edəcək, dünya ölkələrində tətbiq edilən bu ideya artıq Bakının Sabunçu qəsəbəsində ilk olaraq reallaşdırılıb və 2017-ci ilin sonuna qədər paytaxtın bir neçə rayonlarında da kompleks kitabxanaların açılışı nəzərdə tutulub.
Daha sonra kitabxananın rəmzi açılışını bildirən qırmızı lent kəsilib. Qonaqlar yeni kitabxana kompleksi ilə yaxından tanış olublar.