“Hüseyn Cavid. Pyeslər” kitabı nəşr olunub
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşri başa çatdırılan “Hüseyn Cavid. Pyeslər” kitabı Cavidsevərlərin ixtiyarına verilib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, kitabda görkəmli şair, dramaturq Hüseyn Cavidin “Ana”, “Şeyx Sənan”, “İblis”, “Səyavuş” və “Xəyyam” pyesləri toplanıb. Pyeslər H.Cavidin 2005-ci ildə nəşr olunan “Əsərləri” 5 cildliyindən götürülərək tərtib edilib. Və yeni nəşrdə dramaturqun yazı dili və üslubu olduğu kimi saxlanılıb. Xalq yazıçısı Elçinin tərtibçisi və ön sözünün müəllifi olduğu kitab “Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.
28 Mart 2017 15:34 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşri başa çatdırılan "Hüseyn Cavid. Pyeslər" kitabı Cavid sevərlərin ixtiyarına verilib. Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, kitabda görkəmli şair, dramaturq Hüseyn Cavidin "Ana", "Şeyx Sənan", "İblis", "Səyavuş" və "Xəyyam" pyesləri toplanıb. Pyeslər H.Cavidin 2005-ci ildə nəşr olunan "Əsərləri" 5 cildliyindən götürülərək tərtib edilib. Və yeni nəşrdə dramaturqun yazı dili və üslubu olduğu kimi saxlanılıb. Xalq yazıçısı Elçinin tərtibçisi və ön sözünün müəllifi olduğu kitab "Təhsil" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.