Mədəniyyət

Dədə Şəmşirin 125 illik yubileyi qeyd ediləcək

12 Mart 2018 11:40

Əməkdar incəsənət xadimi, şərəf ordenli ustad sənətkar Dədə Şəmşirin 125 illik yubileyinə həsr edilən Saz-Söz bayramı adlı tədbir keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyindən daxil olub.

Muzeyə nadir sikkələr hədiyyə edildi

12 Mart 2018 11:37

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq öz kolleksiyalarını zənginləşdirir. Belə ki, muzeyə Şirvanşahlar dövlətinin şahzadəsi Bürhan Əliyə (v. 1549) məxsus 6 ədəd gümüş təngə hədiyyə edilib. Kolleksiyaçı Ruslan Rəhimovun təqdim etdiyi bu nadir tapıntılar muzeyin Numizmatika fonduna təhvil verilib.

"Bu bizik" sərgisi

12 Mart 2018 09:36

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi martın 9-da ilk dəfə olaraq məktəblərarası “Bu bizik” adlı foto müsabiqə elan etmişdir. Müsabiqəyə 4 nominasiyalar üzrə 168 foto təqdim olunub. Olaylar.az bildirir ki, Azərbaycan Fotoqrafları Birliyinin bədii işlər üzrə sədr müavini Rauf Umud və Rüslan Məmmədov hər nominasiya üzrə iki qalib seçib.

“Segah” muğamı Babək Niftəliyevin ifasında 

12 Mart 2018 09:24

Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti konsert proqramı təqdim edilib. Konsertdə tanınmış xanəndə, Əməkdar Artist Babək Niftəliyevin ifasında “Segah” muğamı səsləndirilib.

“Qarabağ” muğam qrupu Beynəlxalq festivalda

12 Mart 2018 09:22

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı davam edir. Festival çərçivəsində martın 10-da Azərbaycan Milli Konservatoriyasında “Qarabağ” muğam qrupunun konserti olub.

Teatr dünya turunu başa vurdu

10 Mart 2018 20:17

Bu il 90 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2018-ci il fevral ayının 27-dən mart ayının 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhərində keçirilən VIII Beynəlxalq Monodram tamaşalar festivalında və martın 3-dən 8-dək Hindistanda keçirilən VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak etdi.

Gənc Tamaşaçılar Teatrında Milli Teatr Günü

10 Mart 2018 20:00

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Teatrının 145 illiyi münasibətilə tədbir keçirilib.Olaylar.az bildirir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Milli Teatrının 145 və Gənc Tamaşaçılar Teatrının 90 illik tarixini əks etdirən vodeoçarxa baxıblar. Tədbirdə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təməli qoyulan Azərbaycan Milli Teatrının yaranma tarixi haqqında ətraflı məlumat verib.

“Yeddi gözəl” adlı batika sərgisi keçirilib

10 Mart 2018 18:11

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin 7 gözəl poemasına həsr olunmuş batika əsərlərindən ibarət sərginin rəsmi açılış və sərgi kataloqunun təqdimat mərasimi keçirilib. Qeyd edək ki, Kataloq “Gənclər arasında Multikulturalizm və Tolerantlığın Təbliği” ictimai birliyinin maliyyə dəstəyi ilə çap olunub. Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 95 illik yubileyi münasibətilə keçirilən sərgidə rəssamın poemadakı yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin obrazlarının ipək parça üzərində təsvirləri nümayiş olunub.

V Beynəlxalq muğam müsabiqəsinin açılışı olub

10 Mart 2018 18:00

Martın 10-da Azərbaycan Milli Konservatoriyasında V Beynəlxalq muğam müsabiqəsinin açılışı olub.  “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Türkiyə, Moldova, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və İsraildən olan musiqiçilər iştirak edirlər.

Türklər ayağa qalxdı: Səidə bizi TƏHQİR ETDİ- VİDEO

10 Mart 2018 17:53

Azərbaycanlı müğənni Türk mediasının gündəminə onları “qəzəbləndirərək” gəlib. Müğənninin son mahnısı Mövlananın sözlərindən götürülüb. Türkləri qəzəbləndirən məqam isə  bu mahnının klub tərzində oxunması, Səidə Sultanın həmin mahnını içkili məkanlarda ifa etməsi olub.

Opera və Balet Teatrının solisti Belarusda çıxış edəcək

9 Mart 2018 21:08

Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı rəhbərliyinin dəvəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti, Əməkdar Artist Afaq Abbasova martın 13-də Minskdə çıxış edəcək. Olaylar.az bildirir ki, həmyerlimiz Belarusda P.Maskanyinin “Kənd namusu” operasında Santutsa rolunda çıxış edəcək.