“Segah” muğamı Babək Niftəliyevin ifasında
Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti konsert proqramı təqdim edilib. Konsertdə tanınmış xanəndə, Əməkdar Artist Babək Niftəliyevin ifasında “Segah” muğamı səsləndirilib.
12 Mart 2018 09:24 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti konsert proqramı təqdim edilib.
Konsertdə tanınmış xanəndə, Əməkdar Artist Babək Niftəliyevin ifasında "Segah" muğamı səsləndirilib.
Muğam axşamında xanəndəni tarda Ayaz İmranov, kamançada Elnur Mikayılov, balabanda Rafael Əsgərov, nağarada Ramin Abdullayev və kanonda Humay Abbas müşayiət edib. Konsert çərçivəsində bir-birindən parlaq xalq mahnıları və təsniflər də ifa olunub.
Qeyd edək ki, "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı martın 14-dək davam edəcək.