Mədəniyyət
Məşhur yazıçı oxucuları ilə görüşəcək
Martın 9-da, saat 17-dən 20-dək İstiqlaliyyət küçəsində yerləşən “LİBRAFF” kitab mağazasında yazıçı Varisin "Uzaqdan gələn yağış" adlı yeni romanının imza günü keçiriləcək. Olaylar.az bildirir ki, “Uzaqdan gələn yağış” romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə – kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır.
Elgiz efirdə Ayselin qarşısında diz çökdü: “Səni sevirəm” - VİDEO
Elgiz Əkbər tanımmış müğənni Aysel Əlizadəyə sevgi elan edib. ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı müğənni Aysel Əlizadə olub. Maraqlı anlarla yadda qalan proqramda davul ifaçısı müğənniyə eşq elan etmək istəyib.
Zaur Baxşəliyev masadan yıxıldı- VİDEO
Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə maraqlı videosunu paylaşıb. Məlumata görə, videoda aparıcı mahnı oxuyarkən masanın üstünə çıxır. Daha sonra masa qırılır və Zaur yıxılır.
Ceyhun Hacıbəylinin həyatı teatr səhnəsində - İlk dəfə
Azərbaycan Dövlət Musiqili Teatrının növbəti premyerası 10 mart - Milli Teatr Günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim olunacaq. Olaylar.az bildirir ki, ideya müəllifi Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb.
Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət evində 8 mart- Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram konserti keçirilib. Konsertdə Baş İdarənin əməkdaşları, məktəb direktorları və qəsəbə sakinləri iştirak ediblər. Olaylar.az bildirir ki, ilk öncə konsertin aparıcısı Humay Muxtarova 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə bütün qadınları təbrik edib.
Şəbnəm Tovuzludan Zaurun sualına sərt cavab: "Onun duxu çatmaz"
Xəzər TV-də yayımlanan 5/5 verilişində maraqlı anlar baş verib. Məlumata görə, efirə qonaq gələn xanım müğənni Şəbnəm Tovuzlu Zaur Kamalın suallarını cavablandırıb. Müğənni Zaurun "Kənar bir adam sizə 8 martda hədiyyə versə qəbul edərsiz?" sualına özünəməxsus cavab verib: "Mən xanımdan hədiyyə qəbul edərəm, amma kişidən yox.
Türkiyəyə köçən azərbaycanlı müğənni tanınmaz halda
Türkiyədə yaşayan müğənni Samir Piriyev Bakıya gəlib. Film təqdimatlarından birinə qatılan müğənni görünüşü ilə hamını təəccübləndirib. Xeyli arıqlayan Samiri az qala dostları belə tanımayıb.
“Nar bağı” Türkiyədə
Türkiyənin Kayseri şəhərində Ərciyəz Universitetinin Mədəniyyət Mərkəzində “Nar bağı” filmi nümayiş olunub. Tədbirdə ali məktəbin rəhbərliyi, müəllim və tələbələr iştirak edib. Filmin nümayişi Ərciyəz Universitetinin İncəsənət bölməsinin müəllimi Nihal Şengül və ali məktəbin azərbaycanlı müəllimləri Nigar Əsgərova və Əsli Əliyevanın təşkilatçılığı ilə baş tutub.
Həsən Turabovun 80 illik yubileyi keçiriləcək
Azərbaycan prezidenti İlham Əliyev Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, mart ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80-ci ildönümü tamam olur.
Muzeydə şagirdlər üçün “açıq dərs”
AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakı şəhər 6 nömrəli məktəb-liseyin şagirdləri üçün açıq dərs təşkil olunub. Açıq dərsdə məktəblilərə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən Cavidlər ailəsi haqqında ətraflı məlumat verilib. Bundan əlavə, açıq dərsdə H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları, eləcə də muzeyin nəşrləri - “Cavidşünaslıq” araşdırmalar toplusu, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” barədə də danışılıb.
Məşhur türkiyəli müğənni Bakıda konsert verdi - VİDEO
Daha bir bölgədə “Kitabsevərlər klubu” təsis edildi
Martın 6-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması, maarifləndirilməsi və kitab oxumaq ənənələrinin bərpası məqsədi ilə Murad Əlibəyov adına Xırxatala kənd tam orta məktəbində “Kitabsevərlər klubu”nun təsis toplantısı keçirilib. Olaylar.az bildirir ki, toplantıda İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayon üzrə nümayəndəsi Nargilə Qafarova, Qəbələ rayonu MKS-in direktoru Anar Rüstəmli, Xırxatala kənd məktəbinin direktoru Əhmədiyyə Hacıyev, Mərkəzin şöbə müdirləri və mütəxəssisləri iştirak ediblər.
“Unlimited: Sərhədsiz incəsənət” forumunda
Nizami Kino Mərkəzi Ukraynada keşirilən “Unlimited: Sərhədsiz incəsənət” forumunda Azərbaycanı təmsil edib. Olaylar.az bildirir ki, Britaniya Şurasının təşəbbüsü ilə Ukraynada keçirilən «Unlimited: Sərhədsiz incəsənət» Forumunda Britaniya, Ukrayna, Azərbaycan və Gürcüstandan 200 nümayəndə iştirak edib. Britis Council Azərbaycanın nümayəndə heyəti ilə birgə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyevə Kiyevdə keçirilən “Unlimited: Sərhədsiz incəsənət” forumunda iştirak edib.
İlkin Həsəni həyat yoldaşı ilə dostunun toyunda
Xəbər verdiyimiz kimi, dünən "Bozbash Pictures"də Fəlakət obrazı ilə tanınan aktyor Elşən Orucovun oğlan toyu baş tutub. E.Orucovun toyuna tanınmış aparıcı, aktyor İlkin Həsəni xanımı Aysel Həsəni ilə birgə qatılıb. Məşhur aparıcı toyda çəkilən fotosunu sosial şəbəkədə paylaşıb.
“Mənə dedi ki, bu qədər şərəfsizlik olar?” - - VİDEO
Məşhurlar bu dəfə ARB Ulduz-un "Şou məkan" proqramının kameralarına başlarına gələn zarafatlardan danışıblar.
_3.jpg)













