Mədəniyyət

Azərbaycanlı müğənni iki uşaq atası olan məşhur İŞ ADAMI İLƏ EVLƏNDİ - VİDEO

9 Mart 2018 11:35

Azərbaycanlı caz ifaçısı Rilaya Hüseynzadə tanınmış iş adamı Andrey Sarıçevlə ailə qurub. Sənətçi ilə iş adamının toyu martın 7-də Bakı restoranlarının birində baş tutub. Müğənni həyat yoldaşı ilə birlikdə toy üçün xüsusi rəqs səhnəsi hazırlayıb. Tanqo üçün gəlinliyini dəyişib alqırmızı libas geyinən ulduz möhtəşəm rəqs nümayiş etdirib. Cütlüyün seksual tanqo rəqsi sosial şəbəkədə marağa səbəb olub.

Natavanla Dado yenidən barışdı? -  FOTO

9 Mart 2018 10:30

Reper Dado (Səid Əliyev) ilə müğənni Natavan Həbibi yenidən barışıb. Dado birlikdə olan səmimi fotolarını İnstaqram səhifəsində paylaşıb. O, Natavanla şəklinə “Bayramın mübarək, Nat” şərhini yazıb. Bəziləri fotonun köhnə olduğunu vurğulayıb. Amma Natavanın yeni saç düzümündə olması şəklin bu günlərdə lentə alındığını təsdiq edib.

Muğam Festivalı çərçivəsində “Rast” muğam dəstgahı təqdim olunub

9 Mart 2018 09:50

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı davam edir.  Beynəlxalq Muğam Mərkəzində festival çərçivəsində muğam musiqisi axşamı təşkil olunub.

Bakıda Azərbaycan və Türkiyə ədəbiyyatından seçmə poeziya nümunələri səslənəcək

9 Mart 2018 09:24

 Martın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan və Türkiyə ədəbiyyatının seçilən poeziya nümunələrindən ibarət “Şair və Vətən” adlı şeir gecəsi təşkil olunacaq.  Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşacaq gecə Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə gerçəkləşəcək.

Qadınlara həsr olunan konsert - Muğam Mərkəzində

9 Mart 2018 09:20

Beynəlxalq Muğam Mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Zərif əllər, incə tellər” adlı konsert proqramı təqdim edilib. Konsertdə kişilərdən ibarət aşıqlar qrupunun üzvləri öz ifalarını Azərbaycan qadın aşıq məktəbinin nümayəndələrinə həsr ediblər.

V Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi 

9 Mart 2018 09:06

Heydər Əliyev Sarayında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının açılışı münasibətilə geniş konsert proqramı təqdim edilib. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən festivala 15-dən çox ölkə qatılıb. Konsertdən əvvəl Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi festivalın əhəmiyyətindən danışıb. Azərbaycan muğamının tarixi keçmişindən və müasir inkişaf səviyyəsindən söz açan rektor bu irsin qorunması və təbliğində festivalın müstəsna rol oynadığını söyləyib. 

“Könül İnciləri” təqdim olunacaq

8 Mart 2018 19:18

Martın 24 - saat 17:00-da Xətai Sənət Mərkəzində gənc modelyer rəssam Könül İncinin “Könül İnciləri” adlı fərdi sərgisi keçiriləcək. Könül İnci 1988-ci il 22 mart Bakı şəhərində anadan olmuşdur. O, 2006-cı ildə 299 saylı məktəbi bitirmiş, 2007-ci ildən moda sahəsində çalışmağa başlamışdır. 2009-cu ildən Sarabski adına Mədəniyyət evində Fərhad müəllimdən rəssamlıq dərsləri almışdır. Bakı şəhərində keçirilən bir sıra qrup sərgilərin iştirakçısı olmuşdur. Həmçinin, 2016-cı ildə Lider Tv-də yayımlanan “Zövq savaşı” televiziya layihəsində 2-ci yeri tutmuşdur.

Aşıq Aytən qətlə yetirildi – Sevgilisinin oğlu…

8 Mart 2018 09:38

 Xalq aşığı və şairə Aytən Gülçınar  (Aşıq Aytən )evinin qarşısında silahlı hücumda qətlə yetirildi. Aşıq və şairə Aytən Gülçınar sevgilisi Xəlil B. Ankaradakı evlərindən çıxdıqları zaman silahlı basqına məruz qalıb. Yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya aparılan şairə müdaxilələrə baxmayaraq həyatını itirib.

Nazilə efirə çıxan gəlinindən danışdı:  "Çirkin əməllərində mənim adımı səsləndirir"

7 Mart 2018 21:36

Şairə, aparıcı Nazilə Səfərli qardaşı arvadı Pərvanənin Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində dediyi iradlara münasibət bildirib. Qiraətçi xanım qardaşının ailə işlərinə müdaxilə etmədiyini bildirib:

Qızı ilə danışmayan Mehriban studiyadan getmək istədi -  VİDEO

7 Mart 2018 21:34

ATV-nin “Bizimləsən” verilişində qonaq olan əməkdar artist Mehriban Xanlarova göz yaşlarına hakim ola bilməyib. Canlı efirə aktrisanın qızı Aysel zəng vurub.

Xanımlar kitab üçün həmrəy oldular

7 Mart 2018 21:18

Qadınlar əsrlər boyu bütün ədiblərin yaradıcılığında ən çox vəsf edilən varlıq olub. Onlara nə şeirlər, nə dastanlar yazılıb ! Amma qadın o qədər gözəl, o qədər nəcib, o qədər sirli, o qədər ağıllı bir varlıqdır ki, onun bütün ruhunu, düşüncələrini tam ifadə etməyə bir ömür belə yetməz. Üstəlik bütün bunlara təhsil, uğur da əlavə edildikdə qadın artıq kamillik zirvəsinə yüksəlir. Əbəs yerə demirlər ki, təhsilli qadın savadlı ailənin və cəmiyyətin əsasıdır!

Aşıq Samirə ərindən ikinci dəfə ayrıldı

7 Mart 2018 18:45

Tanınmış aşıq Samirə Əliyeva “Show time” verilişində qonaq olub. Sənətçi xoşbəxtliyindən, şəxsi həyatından danışıb: “Əvvəllər elə bilirdim ki, xoşbəxtlik hər zaman olur. İllər öncə deyirdim ki, artıq mən xoşbəxtəm. Amma elə xoşbəxt anlar olur ki, insanın ömründə, yaddaşında iz buraxır. Bu gün xoşbəxtliyim çoxdur, amma tam deyil. Bu da arada bir mənə sıxıntı, acı verir.

Keçmiş xanımından Səmədin iddialarına cavab: "Yanıb-tökülürəm ki, bu qədər..."

7 Mart 2018 17:53

"Çox pisəm, neçə illərdir xəstəyəm. Yanıb-tökülürəm ki, bu qədər yalan olarmı? Sən, xalq artistisən, o uşağın ruhuna görə hər şeyi keçərdin". Bu sözləri xalq artisti Səməd Səmədovun keçmiş həyat yoldaşı Zərifə xanım "Hər şey daxil" verilişində deyib. S.Səmədovun və keçmiş qonşusunun onun haqqında dediyi "Məni və oğlunu atıb cavan oğlanla qaçdı.

“Eurovision 2018” təmsilçimizin klipi təqdim olundu - VİDEO

7 Mart 2018 16:12

Azərbaycanı “Eurovision 2018” mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan Aysel Məmmədova (Aisel) “X my heart” mahnısına çəkilən klipi nəhayət ki, təqdim olunub.