Mədəniyyət

Cümhuriyyət ili çərçivəsində "Yurdumuza bahar gəlir" adlı rəsm müsabiqəsi

13 Mart 2018 10:03

 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və “Olaylar” İnformasiya Agentliyinin dəstəyi ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində ənənəvi "Yurdumuza bahar gəlir"  adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib. Olaylar.az bildirir ki, müsabiqənin yekun sərgisi mart - 15 -də, saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.

“Nəsimiyə ithaf” vokal-xoreoqrafik tamaşa

13 Mart 2018 09:40

 Akademik Milli Dram Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” vokal-xoreoqrafik tamaşası nümayiş olunub. Səhnə əsəri “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində təqdim edilib. Tamaşada görkəmli bəstəkarın “Dərviş” və “Muğamsayağı” instrumental əsərlərinin musiqisindən istifadə edilib. Xoreoqrafı Nailə Məmmədzadə olan tamaşada Nəsimi obrazını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.

“CÜMHURİYYƏT-100” – Hekayə Müsabiqəsi

13 Mart 2018 09:36

“Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət dərgisi Cümhuriyyət ili münasibətilə hekayə müsabiqəsi elan edir. Müsabiqədə 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti dönəmindən, ümumiyyətlə həmin dövrdə baş verən istənilən hadisədən, ictimai-siyasi, sosial-mədəni mövzulardan, dövrü təsvir etmək şərtilə tarixi və ya uydurulmuş şəxsiyyətlərdən bəhs edən müasir hekayələr iştirak edə bilər. Hekayələrin janrına məhdudiyyət qoyulmur. Olaylar.az bildirir ki, müsabiqədə iştirak etmək istəyən müəlliflər hekayələrini 10 aprel, 2018-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər. Göndərmə şərtləri aşağıdakılardır:

YARATda eşitmə qabiliyyəti məhdud rəqqaslardan ibarət tamaşa

13 Mart 2018 09:30

“YARAT” Müasir İncəsənət Mərkəzində eşitmə qabiliyyəti məhdud olan peşəkar rəqqaslardan ibarət “Deaf Men Dancing” rəqs ansamblı “Ten” rəqs tamaşasını təqdim edib. Təqdimat “British Council Azərbaycan”ın təşkilatçılığı, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, “YARAT” Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzinin birgə tərəfdaşlığı ilə gerçəkləşib. “British Council”ın “Unlimited” proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə fiziki imkanları məhdud olan və olmayan insanların birlikdə çalışıb çətinliklərə sinə gərməsi və inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir.

Beynəlxalq Muğam Festivalı çərçivəsində “Bayatı- Şiraz” muğamı səslənib

13 Mart 2018 09:24

Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 12-də növbəti muğam axşamı təşkil olunub. Gənc xanəndə Arzu Əliyevanın ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilib.

"Firəngiz Bakıda məkan qoymayıb, görməmişlikdir" - Rəhim Rəhimli - VİDEO 

12 Mart 2018 19:00

ARB TV-nin "Açıq pəncərə" proqramının ilk buraxılışının qonaqlarından biri müğənni Rəhim Rəhimli olub. O, məşhurların sosial şəbəkə paylaşımlarını qınayıb: "Yeyib-içdiyimizi insanalara göstərmək olmaz. Evi, maşını nümayiş etdirmək olmaz. Evimə bu vaxta kimi kamera girməyib. Bir dəfə proqramda baxmışdım ki, aparıcı girir yataq otağına, şkafı açır. Bu, tərbiyəsizlikdir. Sevmirəm yeyib-içdiyimi göstərim, maşınımı göstərim".

"Utanırsan?" - Nura Samirə əsəbiləşdi

12 Mart 2018 18:45

Müğənni Nura Suri ilə Samir Cavadzadə arasında qalmaqal daha da alovlanıb. Məlumata görə, Nura “ATV maqazin onlarla”ya açıqlamasında Samirin ona əsəbi cavab verməsini qınayıb: “Demişəm ki, öz anasına zəng etmir, öz aləmində yaşayan insandır. Olmayanı demişəm ki? Təhqir etmişəm? Olanı demişəm də... Heç kimi təhqir etməmişəm, nə dediyimi bilən adamam.

Tünzalə Ağayeva Bodrumda LÜKS VİLLA ALDI - VİDEO

12 Mart 2018 17:38

Əməkdar artist Tünzalə Ağayeva Bodrumda özünə villa alıb. Bu barədə tanınmış müğənni Samir Piriyev “ATV magazine onlarla” verilişində deyib. Samir Piriyev “ATV magazine onlarla” verilişinin komandası ilə Bodruma gedib. Onlar Bodrumda müğənni İradə İbrahimova ilə görüşüb. S.Priyevin sözlərinə görə, o, kurort şəhəri kimi tanınan Bodrumda Əməkdar artistlə qonşudur: “Tünzalə Ağayeva burada bizimlə qonşuqudur. Onun bu küçədə evi var”.

SSRİ xalq artisti vəfat edib

12 Mart 2018 17:37

SSRİ xalq artisti, rus teatr və kino aktyoru, rejissor Oleq Tabakov vəfat edib. Məlumata görə, bu barədə Moskva Bədii Teatrından bildiriblər. Tanınmış aktyor uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişib.

"Avey" dövlət qoruğuna 14 mindən çox yerli və xarici turist gəlib 

12 Mart 2018 17:35

Ötən il ərzində "Avey" Dövlət tarix-mədəniyyət qoruğuna 14 mindən çox yerli və xarici turist gəlib. Bu barədə  Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Rəşid Behbudovun qızından Faiq Ağayevə ETİRAZ

12 Mart 2018 12:23

Dünya şöhrətli Rəşid Behbudovun qızı Rəşidə Rəşid Xalq artisti Faiq Ağayevə etiraz  edib. Rəşidə Rəşid bununla bağlı açıqlamasında bildirib ki,  Faiq Ağayev Türkiyənin məşhur müğənnilərindən biri Müşərrəf Akayla birlikdə “Sənə də qalmaz”  mahnısını səsləndirsə də, Rəşid Behbudovun adını çəkməyib: “Bilirsiniz ki,“Sənə də qalmaz” mahnısı Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılıb və sözləri Rəsul Rzaya məxsusdur.