Mədəniyyət
""Whatsapp"da mənə söyüşlər yazırdılar" - Murad Dadaşov - VİDEO
ARB TV-nin "Açıq pəncərə" proqramının qonağı olan Əməkdar artist Murad Dadaşov maraqlı açıqlamalarla yadda qalıb. Şoumen bir çox insanların sosial şəbəkədə təhqirlərə yol verməsinin səbəbini açıqlayıb: "İnsanların natamam həyatından irəli gəlir.
3 dəfə nişanlanan Azəri qızı Günel məşhur türk sənətçisi ilə SEVGİLİ OLDU - VİDEO
Türkiyədə azəri qızı kimi tanınan Günel Zeynalova Orhan Ölmezlə görüşməyə başlayıb. Bu barədə Bəyaz TV-də yayımlanan “Söylemezsem Olmaz” proqramında məlumat verilib. Verilişin aparıcılarının iddiasına görə, cütlük bir müddətdir ki, sevgilidir.
Elnurdan “Eurovision”a etiraz: “Öz mahnılarımızı yazaq”
Ölkəmizi “Eurovision” yarışmasında iki dəfə təmsil edən Elnur Hüseynov mahnı seçimi ilə bağlı etiraz edib. Məlumatına görə, müğənni müsabiqə üçün əcnəbi bəstəkarlara müraciət olunmasını qınayıb.
Aşıq Əlinin sərvətini efirdə açıqladı - Haradan keçdim, dedilər Əlinindir - VİDEO
Bu gün "10-dan sonra" verilişinin qonağı aşıq Əli və Samirə ilə yanaşı, "Qız atası" serialı ilə Azərbaycan tamaşaçısının daha çox tanımağa başladığı aktyor Teymur Məmmədov da olub. Aktyor aşıq Əlinin torpaq sahələrinin olduğunu canlı yayımda dilə gətirib: "Sənət adamlarının adına obyektlər çıxır. Mən keçən yaz Şamaxı tərəfə getmişdim. Hansı əkindən-biçindən keçdim, dedilər Əlinin torpaqlarıdır".
Xuraman Vəfadan kəskin tənqid - Böyük bir uçurumun kənarındayıq, xalqın əxlaqı korlanır
"Musiqimizə, mahnılarımıza baxsaq görərik ki, böyük bir uçurumun kənarındayıq". Bu barədə bayağı mahnılar və onların ifaçılarını kəskin tənqid edib şairəXuraman Vəfa bildirib. Onun sözlərinə görə, akademik mahnılar artıq itmək üzrədir: "Xalqın zövgünü məcbur şəkildə korlayanlar var. Bizim kamanımız, tarımız, tütəyimiz, balabanımız var.
Rasim Balayevin səhhəti pisləşdi
Xalq artisti Rasim Balayevin səhhəti pisləşib. Bu barədə açıqlama verən xalq artisti bildirib ki, havaların dəyişməsi ona pis təsir edib: “Havalar yaxşı idi deyə nazik geyinirdim. Buna görə də soyuqlamışam. Amma mmüalicələrimi davam etdirirəm. Depressiya ilə bağlı da dərmanlar qəbul edirəm. Yəni, hər şeydən bir az var. Özümü yaxşı hiss etmirəm”.
"Kurtlar Vadisi"nin Ömər Babası Musiqili Teatrda
"Kurtlar Vadisi"ndən Ömər Baba obrazı ilə tanınan Emin Olcay və Azərbaycan teatrlarında səhnəyə qoyulan “Uçqun”, “Gözəlçələr”, “Ziyarətçi”, “Matryoşka” tamaşalarının müəllifi kimi tanınan müasir türk yazıçı-dramaturqu Tuncər Cücənoğlu Musiqili Teatrın qonağı olub.
Mədət Quliyevdən Musiqili Teatra təbrik məktubu
Azərbaycanda Peşəkar Milli Teatrın yaradılmasının 145 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayevə təbrik məktubu ünvanlayıb.
Zülfiyyə Xanbabayeva ilk dəfə bacısını göstərdi - FOTO
Xalq artisti Zülfiyyə Xanbabayeva bacısının şəklini paylaşıb. Məlumata görə, müğənni İradə xanımı ad günü münasibətilə təbrik edib. Xanbabayeva şəklə “Ana əvəzim, nur üzlü canım bacım” şərhini yazıb.
Əkizlərdən oriental şou - VİDEO
Azərbaycanın tanınmış əkizləri Sevil və Sevinc Səfərovaların sosial şəbəkədə maraqlı videosu yayılıb. Görüntülərdə bacılardan birinin oriental rəqsi əks olunub. Səfərovanın xına mərasimindəki rəqsi hər kəsin diqqətini çəkib. Sözügedən kadrlar instaqramda paylaşılıb və müzakirələrə səbəb olub.
Azərbaycanlı müğənnidən ETİRAF: "Həyat yoldaşımdan ayrılsam da, oğluma görə danışırıq"
Türkiyədə yaşayan azərbaycanlı müğənni Bəturə Hüseynova şəxsi həyatından danışıb. Müğənni oğluna görə həyat yoldaşı ilə münasibətlərini tam kəsmədiyini bildirib: "25 ildir ki, Türkiyədə yaşayıram. Ara-sıra Azərbaycana gedib-gəlirəm.
Mehriban Xanlarova: "Bəli, mən kasıbam Kasıb olmağımdan utanmıram"
“Həqiqətləri dediyim üçün hər kəsin xoşuna gəlməyə bilərəm. Amma kiminsə xoşuna gəlmək üçün yalanlar danışmıram”. Məlumata görə, bu sözləri əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb.
Əbülfəs Qarayev "Musei Reali di Torino" Muzeyinin direktoru ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tvinninq layihəsi çərçivəsində İtaliyanın Turin şəhərində fəaliyyət göstərəin "Musei Reali di Torino" Muzeyinin direktoru xanım Enrika Pagella ilə görüş keçirib.
“Eurovision” mahnımız tənqid olunmuşdu... - Dəyişdirilir
Müğənni Aysel Məmmədovanın “Eurovision” üçün ifa etdiyi “X my heart” adlı mahnısında dəyişiklik edilir. Bu barədə sənətçinin özü müsabiqənin Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan”a açıqlamasında bildirib.













.jpg)
