Mədəniyyət

Filarmoniyada yaradıcılıq gecəsi

14 Mart 2018 15:55

Martın 30-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar, Əməkdar İncəsənət Xadimi Vasif Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək. Filarmoniyadan Olaylar.az - a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Filarmoniya və “Mədəniyyət” kanalının təşkilatçılığı ilə reallaşacaq. Xalq Artisti Fəxrəddin Kərimovun dirijorluluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Vaqif Mustafazadə anılacaq – Muğam Mərkəzində

14 Mart 2018 15:54

Martın 15-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Əməkdar İncəsənət Xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunmuş konsert keçiriləcək. Muğam Mərkəzindən Olaylar.az -a bildirilib ki, konsertdə V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin çıxışı nəzərdə tutulur.

“Teatr ruhu” əsəri təqdim edildi

14 Mart 2018 15:18

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın tanınmış rəssamlarında biri, eyni zamanda Universitetin “Rəssamlıq” fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi olan Vüqar Əlinin “Teatr sənəti” fakültəsi üçün işlədiyi iki böyük həcmli tablonun və bir triptixin açılışı olub. Açılış Universitetin rektoru Fərəh xanım Əliyevanın sözləri ilə başlayıb. Universitetin prorektoru Validə xanım Məmmədova, görkəmli rəssam Arif Əziz və müəllifin çıxışları ilə davam edib. Rəssam “Teatr ruhu” adlı əsərini Azərbaycan teatr günü münasibəti ilə yaratmış və “Teatr sənəti” fakültəsinə hədiyyə edib.

“Anayam, mənə belə suallar verməyin” – Flora Kərimova KÖVRƏLDİ

14 Mart 2018 12:10

Azərbaycanın Xalq Artisti Flora Kərimova da Novruz Bayramının gəlişini gözləyir. Vətəndən kənarda olan övladları hər bayram olduğu kimi bu dəfə də analarına baş çəkəcəklərini deyiblər.  Müğənni bayramı necə qeyd edəcəyindən danışıb: "Balalarımı - oğlumla qızımı gözləyirəm. Söz veriblər, Novruz bayramında gələcəklər. Anayam, övladlarımdan söz düşəndə kövrəlirəm. Mənə belə suallar verməyin. Bu bayramda onların yolunu gözləyirəm. Bayramı onlarla birgə Bakıda qeyd edəcəyik. Başqa yerə getməyə halım da yoxdur”. 

Günel əsəbləşdi: "Utanın, ananızı, bacınızı düşünün"

14 Mart 2018 11:31

“Söyləməzsəm olmaz”  verilişində Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın Orxan Ölməzlə sevgili olması barədə açıqlama verilmişdi. Məlumata görə, Günel xəbərlərə münasibət bildirib. O deyib ki, Orhanla 13 ildir dostluq edir, aralarında heç bir sevgi münasibəti yoxdur: “O, mənim canımdır, çox da istəyirəm onu. “Ölməz muzik” şirkətində “Kırık vazo” mahnım çıxdı. Bizi sevgili etdilər. 13 illik dostluğumuz heç vaxt dəyişməyəcək”.

Atasının qırxı çıxmamış toylara gedən Damla onu tənqid edənlərə OD PÜSKÜRDÜ: “Kimsiniz?”

14 Mart 2018 11:19

Müğənni Damla atasının ölümündən bir neçə gün sonra toy məclislərində çıxış edib. İfaçının bu hərəkəti sosial şəbəkələrdə müzakirə mövzusu olub, çoxları onu pula görə atasının xatirəsinə hörmət etməməkdə ittiham edib.

"Nəslini məhv edərəm" - əməkdar artist hədələdi

14 Mart 2018 10:34

Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə izləyicilərinə xəbərdarlıq edib. Aktrisa onu təhqir edəni polisə verəcəyini bildirib. 

Məşhur tarixi romanı Azərbaycan dilində

14 Mart 2018 09:44

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli Ukrayna nasiri Nikolay Xomiçin “Sərdabənin sirri” kitabı işıq üzü görüb. Tərcümə Mərkəzindən bildirilib ki, “Su pərisinin gecəsi”, “Zaman”, “Yalan torpağı”, “Sərdabənin sirri” romanlarının müəllifi kimi tanınan Nikolay Xomiç “Voin sveta”, “Don Kixot” beynəlxalq ədəbiyyat mükafatları laureatıdır. Onun əsərlərinin əsas mövzusunu itirilmiş tarixi yaddaşın bərpası təşkil edir.

Faiq Ağayev qayda pozan sürücünü ifşa etdi - FOTOLAR

14 Mart 2018 09:39

Xalq artisti Faiq Ağayev Bakıda yol hərəkəti qaydasını pozan şəxsi ifşa edib. İfaçı sosial şəbəkə hesabında 99-KH-853 dövlət nömrə nişanlı “Toyota Land Cruiser Prado” avtomobilinin şəkillərini paylaşaraq yazıb:

Hüseyn Cavidə həsr olunan sənədli film çəkilir

14 Mart 2018 09:37

 “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi tərəfindən görkəmli dramaturq Hüseyn Cavidə həsr olunan “Həqiqət istərəm, yalnız həqiqət” sənədli televiziya filminin çəkilişlərinə başlanılıb.

Muğam Mərkəzində “Şüştər” və “Humayun” muğamları səsləndi

14 Mart 2018 09:36

Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Muğam Festivalı çərçivəsində sonuncu muğam axşamı proqramı reallaşıb. Konsertdə istedadlı xanəndələr Nisbət Sədrayevanın ifasında “Şüştər”, Məmməd Nəcəfovun ifasında isə “Humayun” muğamları səslənib. Onları “Muğam” instrumental ansamblı müşayiət edib. Konserti mədəniyyət, incəsənət, elm və ictimaiyyət nümayəndələri dinləyiblər.

MEK -in dəstəyi ilə Respublika Uşaq Kitabxanası “Milli çalğı alətləri” mövzusunda telegörüş keçirdi 

14 Mart 2018 09:32

AMEA Mərkəzi Elmi Kitabxananın təşkilati dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxucularının Ukrayna Milli Uşaq Kitabxanasının oxucuları ilə “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində “Milli çalğı alətləri” mövzusunda telegörüş keçirildi. Olaylar.az bildirir ki, görüşdə Georgi Şaroyev adına 35 nömrəli uşaq musiqi məktəbinin tələbələri, 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri, Azərbaycan Avropa liseyinin V sinif şagirdləri ilə Ukraynanın V sinifdə oxuyan məktəbliləri iştirak edirdilər.

“Şah İsmayıl” operası nümayiş olundu - Beynəlxalq Muğam Festivalı çərçivəsində

14 Mart 2018 09:29

 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Müslüm Maqomayevin “Şah İsmayıl” operası təqdim olunub. Operanın nümayişi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Bakıda keçirilən V Beynəlxalq Muğam Festivalı çərçivəsində reallaşıb. Mənalı, cəlbedici, dramatik səhnələri olan tamaşa maraqla qarşılanıb.

Nizami Kino Mərkəzində təqdimat

14 Mart 2018 09:27

Martın 16-da Nizami Kino Mərkəzində rejissor Mirsadıq Ağazadənin “Eviniz abad” bədii filminin təqdimatı olacaq. Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

"Eurovision" mahnımız dəyişdirildi

13 Mart 2018 17:45

Xəbər verdiyimiz kimi, "Eurovision 2018"də səsləndiriləcək "X my heart" mahnısı tənqid olunmuşdu. Aysel Məmmədovanın səsləndirdiyi bəstə dəyişdirilib.