Mədəniyyət

"İkinci dəfə ailə qurmasını istəyərəm" - Anası Nigardan danışdı

15 Mart 2018 18:12

Müğənni Nigar Camal bu dəfə anası Səidə xanımla fotokamera qarşısına keçib.   Açıqlama verən Səidə xanım qızından danışıb. O, Nigarın sevdiyi və sevmədiklərini açıqlayıb: “Nigar çox təmizkar qızdır. Evdə hər şey yerində olmalıdır. Dalaşmağı yoxdur, amma hər yer çirkli olanda xoşlamır.

Müğənniyə vəzifə verildi - Musiqi departamentinin direktoru

15 Mart 2018 15:25

Məşhur müğənni Əflatun Qubadova Sumqayıt şəhərində fəaliyyət göstərən “Dünya TV” – də vəzifə verilib. Bu haqda müğənni sosial şəbəkə hesabından məlumat verib. Müğənni kanalın musiqi departamentinin direktoru vəzifəsinə təyin olunub. 

Musiqi və incəsənət məktəblərində təlimlər

15 Mart 2018 13:05

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsi tərəfindən Bərdə rayonunda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində ixtisaslaşmış təlimlər keçirilir. Son iki il ərzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti ilə bağlı 20 çeşiddən artıq metodiki vəsait hazırlanaraq, region idarələrinə paylanılıb.

Elzanın ifasını eşidib, canlı yayımda yerə uzandı - Aparıcıdan efirdə ilginc addım - VİDEO

15 Mart 2018 12:48

Bu gün "Hər şey daxil"in qonaqlarından biri Elza Seyidcahan olub. Xanım bəstəkar-müğənninin fortopiano arxasında müşayiət edərək səsləndirdiyi mahnı zamanı verilişin aparıcısı Tolik yerdə uzanıb. Tolikin "ölü" təqlidinə studiyadakı digər şəxslər də qoşulub. Elzanın ifası bitən kimi aparıcı xanım qonağına "Bu zarafat idi, biz etdik. Xətrinizi çox istəyirik" ifadələrini işlədib. 

Həsənağa Turabov anıldı

15 Mart 2018 12:02

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, xalq artisti Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirin aparıcısı Tərlan Akcay iştirakçıları salamlayaraq, sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazların kino və teatr tarixində qoyduğu izlərdən danışıb.

Afaq Gəncəli və Nərgiz Məmmədovadan – Gözqamaşdırıcı – FOTOLAR

15 Mart 2018 11:38

ATV telekanalının Novruz bayramı çəkilişlərində iştirak etmiş aparıcılar Afaq Gəncəli və Nərgiz Məmmədovanın libasları bu dəfə çox fərqli idi.

Rasim Balayev əməliyyat olunub

15 Mart 2018 11:19

Xalq artisti, məşhur aktyor Rasim Balayev əməliyyat olunub. Bu barədə aktyor özü məlumat verib. Onun sözlərinə görə, əməliyyat martın 14-də Mərkəzi Gömrük Hospitalında olub: “Elə ciddi problem deyil, narahat olmağa dəyməz.

Aygün Kazımova əməliyyatdan sonra arıqlayıb tanınmaz hala düşdü

15 Mart 2018 11:06

Xalq artisti Aygün Kazımova sosial şəbəkədə yeni fotolarını paylaşıb. Müğənninin xeyli arıqlaması diqqət çəkib. Kazımovanın şəkilləri müzakirələrə səbəb olub. İzləyiciləri onun çox dəyişdiyini və daha cavan göründüyünü yazıblar. Aygünün fotosuna 13 mindən çox bəyəni, 500-dən çox şərh gəlib.

“Gəl baharım, gəl yazım” tamaşası təqdim olunacaq - Uşaqlar üçün 

15 Mart 2018 09:35

Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlı tamaşaçılar üçün “Gəl baharım, gəl yazım” tamaşasını təqdim edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsəri Xanım Həsənovanın eyniadlı əsəri əsasında hazırlanıb. Səhnə əsərinin rejissoru Anar Babalı, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Arif Əzizin "Maestro &Masters” sərgisi

15 Mart 2018 09:31

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sərgi salonunda görkəmli rəssam, Əməkdar incəsənət xadimi, Dünya Rəssamlıq Akademiyasının həgigi üzvü, ADMİU-nun “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor Arif Əzizin və onun magistr tələbələrinin “Maestro & Masters” sərgisi keçirilib. Arif Əzizin 75-illik yubileyinə həsr olunmuş sərgi Universitetin tarixində ilk dəfə olaraq “müəllim-tələbə” formatında təşkil olunub. Olaylar.az bildirir ki, 40 ildən artıq Azərbaycan incəsənətində imzası ilə tanınan Arif Əzizin yaradıcılıq diapazonu dekorativ sənət, qrafika, rəngkarlıq, dizayn, teatr-dekor, moda sahələrini əhatə etməklə, ardıcıl şəkildə milli təsviri incəsənətimizin son yarım əsrdə keçdiyi tərəqqi yolunu özündə aydın və emosional tərzdə əks edir. Rəssamın yaradıcılıq fəaliyyətinin əvəzedilməz məqamını onun pedagoji aspekti təşkil edir. Yarım əsrə yaxındır ki, bu fəaliyyət ADMİU-da davam edir, gənc rəssam və sənətkarları zənginləşdirir.

“Pəncərə klubu”nun növbəti tədbiri

14 Mart 2018 21:05

“Pəncərə klubu”nun Novruz bayramına həsr olunan növbəti gecəsi “Muğam klub”da keçirilib. Tədbir simvolik olaraq “Keçmişə açılan pəncərə” adlanıb. Tədbirdə Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Xalq Rəssamı Fərhad Xəlilov, Xalq artistləri Fəxrəddin Manafov, Oqtay Mirqasımov, Yalçın Adıgözəlov, Ramiz Həsənoğlu və başqaları iştirak edib. Gecəni Əməkdar Artist Nərgiz Cəlilova açaraq tədbirin məhz Yel çərşənbəsində keçirilməsinin heç də təsadüfi olmadığını bildirib. “Pəncərə klubu”nun rəhbəri yazıçı-publisist Günel Anarqızı tamaşaçılara təqdim olunan sayca 12-ci gecənin məqsəd-məramından danışıb.

Subay müğənnimiz Sevda Yəhyayevanın yaşını eşidənlər şokda

14 Mart 2018 16:37

32 yaşlı müğənnimiz Sevda Yahyayeva yeniliklərdən yox, şəxsi həyatından söhbət açıb. Şəxsi həyatını gözlərdən uzaq yaşayan müğənninin görəsən qəlbinə yol tapan olubmu?

Gənc Tamaşaçılar Teatrının  Novruz repertuarı

14 Mart 2018 16:33

Olaylar.az bildirir ki, bayram günləri ərəfəsində teatrda iki premyera, martın 16-da və 17-də saat 12:00, 14:00 və 16:00-da H.X.Andersenin “Qar kraliçası” və martın 18 və 19-da eyni saatlarda E.Uspenskinin “Çeburaşka” əsərləri əsasında hazırlanan tamaşaların ilk təqdimatı reallaşacaq. Daha sonrakı günlərdə isə məktəblilər teatrın repertuarında olan sevilən səhnə əsərlərinə baxmaq imkanı qazanacaqlar. 21-25 mart tarixlərində saat 12:00, 14:00 və 16:00 olmaqla gündə üç seans olmaqla Ş.Perro “Çəkməli pişik”, Xalq nağılı “Qoğalın sərgüzəştləri”, A.Şaiq “Danışan gəlincik”, C.Rodari “Çippolino”, ərəb xalq nağılı “Əlibaba və qırx quldur” tamaşalarını izləyə biləcəklər.

Məşhur aparıcı şou-biznes nümayəndələrini ifşa etdi – “… o gözəl siması tanınmaz hala düşəndə” – FOTOFAKT

14 Mart 2018 16:28

Bu gün bir çoxları real həyatdan uzaqlaşaraq sosial şəbəkələrə üz tuturlar. Bununla sanki özlərini nədəsə sübut edir və ya gündəlik həyat tərzlərini bölüşürlər. Daha çox fotopaylaşım kimi ixtisaslaşmış instagram sosial şəbəkəsində yol hərəkəti qaydasını pozan və bundan utanmayan insanlara rast gələ bilərik. Bunların arasında adi və “ulduz” deyilən zümrə də var. Adi insanlar “ulduz” sayılanlardan ibrət götürür və onların etdiklərini təkrarlayırlar.

Məşhur yazıçının əsərləri ilk dəfə Azərbaycan dilində

14 Mart 2018 16:29

Müasir Azərbaycan ədəbiyyatının ən tanınmış simalarından biri, yazıçı Elçin Səfərlinin əsərləri Azərbaycan dilində “TEAS Press” Nəşriyyat Evində nəşr olunacaq. Əsərlərini rus dilində qələmə alan Elçin Səfərli kitabları postsovet məkanı ölkələrində və Türkiyədə ən çox satılan yazıçılardandır. O, müasir Azərbaycan ədəbiyyatını dünyada uğurla təmsil edən qələm sahiblərindən biridir.