Mədəniyyət
“Dream Doctors” layihəsinin təntənəli bağlanış mərasimi
Azərbaycan Tibb Univeristetinin Tədris-Cərrahiyə Klinikasında Bakıda səs salmış “Dream Doctors” layihəsinin təntənəli bağlanış mərasimi keçirildi. Tədbir zamanı ATU-nun rektoru Dr.Gəray Gəraybəyli, ADMİU-nun rektor prof. Fərəh Əliyeva və İsrailin Azərbaycandakı Səfiri Dan Stav çıxış etdilər. Ardınca ADMİU-nun “Kino və Televiziya” fakültəsinin magistr tələbəsi Azər Həsənov və “Sabah” mərkəzinin tələbəsi Tehran Aslanovun layihə boyu çəkdiyi və birgə hazırladıqları qısa metrajlı film nümayiş olundu. Daha sonra İsraildən dəvət olunmuş müəllimlər, professional aktyor və klounlar Penny Hanuka və Vitali Azarin, eləcə də ADMİU-nun bir neçə tələbəsi layihə haqqında öz təəssüratlarını bölüşdü. Sonra tələbələrə sertifikatlar təqdim edildi.
Bir qrup müəllimləri ilə görüş keçirilib
Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin bir qrup müəllimləri ilə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov görüş keçirib. Görüşdə müəllimlər sosial problemlərinin həllinin daima dövlətin diqqət mərkəzində olduğunu və onların pedaqoji fəaliyyətlərinin stimullaşdırılmasını qeyd ediblər və əmək haqqlarının artırılmasına görə ölkə başçısı Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
Bakıda Novruz festivalı keçiriləcək
Martın 20-dən etibarən paytaxtda təşkil olunacaq Novruz festivalında regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı, tanınmış müğənnilər iştirak edəcək. Fəvvarələr meydanında reallaşacaq festival Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Hüseyn Cavidlə bağlı elmi konfrans
Böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 136-cı ildönümü münasibətilə oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı təşkil ediləcək.
Afaq Aslan Lotu Quli ilə münasibətindən danışdı
Ümumiyyətlə, şəxsi həyatımla bağlı heç bir sayta və media orqanına danışmaq istəmirəm. Bu sözləri müğənni Afaq Aslan onun kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) şəxsi münasibətlərinin olması ilə bağlı yayılan məlumatlar barədə danışarkən deyib.
"Hər müsahibəmdən sonra ərimin eks-arvadı məni polisə verir"
Son zamanlar müsahibə verməkdən çəkinirəm. Çünki hər müsahibəmdən sonra həyat yoldaşımın eks-arvadı məni polisə verir.
Dünyaca məşhur müğənni Kristina Aqilera Bakıda konsert verəcək
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, sonuncu onilliyin ən məşhur ifaçılarından biri olan Kristina Aqilera aprelin 28-i, şənbə günü 2018 Formula 1 Azərbaycan Qran Prisinin sıralanma turu başa çatdıqdan sonra axşam saatlarında avtoidman həvəskarlarının qarşısına çıxacaq.
“Etnik musiqi inciləri” layihəsi - Muğam Mərkəzində
Martın 29-da Beynəlxalq Muğam Mərkəzində "Etnik musiqi inciləri" layihəsi çərçivəsində növbəti konsert keçiriləcək. Olaylar.az bildirir ki, konsertdə Afina Opera Teatrının bədii rəhbəri,bəstəkar Nikos Ksantoulis qədim simli lira musiqi alətində ifa edəcək. “Bakı virtouzları” kamera orkestrinin müşayiəti ilə musiqiçinin ifasında lira üçün yazılmış əsərlər həmçinin klassik və müasir Azərbaycan və xarici bəstəkarların əsərləri səslənəcək.Orkestrin dirijoru Əməkdar artist,beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.Konsertdə həmçinin Əməkdar artist İlham Nəzərov (kontratenor) və Rövşən Əmrahov (violin) iştirak edəcəklər.
Aktyorlar fərmanla təltif olundular
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı ilə görüşüb. Olaylar.az bildirir ki, görüşdə MİHİRK-nin sədri Cəmilə Səttarova, teatrın direktoru , Əməkdar artist Mübariz Həmidov iştirak edib. Görüş zamanı teatrdakı yaradıcı mühit, hazırlanan tamaşalar və yeni layihələr haqqında ətraflı müzakirələr aparılıb, teatrın fəaliyyətindəki yeniliklər diqqətə çatdırılıb.
Təranə Qumral barədə cinayət işi qaldırıldı
Müğənni Təranə Qumral barədə Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılıb. Məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmədiyi üçün o, 3 ilədək azadlıqdan məhrum edilə bilər. Bu barədə müğənni Nazəninin vəkili Heyrat Qarayev xəbər verib: "Cavabdeh Təranə İbrahimova Bakı Apellyasiya Məhkəməsinin iki qətnaməsini icra etmədiyi üçün barəsində toplanan materiallar Ədliyyə Nazirliyinin istintaq idarəsinə təqdim edilib.
Rəqsanə belini göstərdi, hamı tənqid etdi
Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə hər kəsi təəccübləndirən fotolar paylaşıb. Bir müddət əvvəl Rusiyaya köçən ifaçı instaqram səhifəsində yeni klip çəkdirməyə hazırlaşdığını bildirib.
53 yaşlı Xalq artisti yarıçılpaq fotolar çəkdirdi
Xalq artisti Brilliant Dadaşova yeni fotosessiya etdirib. Müğənni bu dəfə fotoqraf Orxan Aslanovun obyektivi qarşısına keçib. B.Dadaşova yarıçılpaq fotolarında zinət əşyalarını nümayiş etdirib. Onun şəkilləri sosial şəbəkədə paylaşılıb.
Muğam Mərkəzində Aşıq Şəmşirin 125 illik yubileyi keçiriləcək
Martın 28-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” adlı möhtəşəm layihə çərçivəsində XX əsrin Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri – Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmiş “Aşıq Şəmşir şeiri” adlı tədbir keçiriləcək. Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.
"Xınaların şahzadəsiyəm, məndən öyrənsinlər" - Fatma Mahmudova
Xalq artisti Fatma Mahmudova xına mərasiminə gedən məşhurlardan gileylənib. Aktrisa "Səhər-səhər" verilişində onları qeyri-peşəkar adlandırıb. F.Mahmudova ən yaxşı xına aparanın özü olduğunu söyləyib:
Muzeydə “Ailə günü”
Azərbaycan Xalça Muzeyində Novruz bayramı ilə əlaqədar muzeyin uğurlu “Ailə günü” proqramı çərçivəsində silsilə tədbirlər təşkil olunacaq. Bu tədbirlər Azərbaycanda bayramla əlaqədar nəzərdə tutulan tətil günlərində də davam edəcək. Tədbirin təşkilində məqsəd Bakı sakinlərinə və şəhərimizin qonaqlarına Azərbaycan milli, maddi-mədəni irsini, mədəniyyətimizi təbliğ etməkdir.














