Mədəniyyət

"Deyirdim, mən evdə oturum, həyat yoldaşım qazansın..." - Natavan

19 Mart 2018 12:42

“Bilmirəm, nəylə bağlıdır. Amma artıq hər şeyə baxışım dəyişib. Planlarımı maqazin verilişlərinə də açıqlamıram. Edib, sonra deyirəm”. Məlumata görə, bu sözləri müğənni Natavan Həbibi “Sənətsevər” verilişində deyib. Sənətçi “W-trio” qrupundan, orada birlikdə çalışdığı əməkdar artist Röya Ayxan və müğənni Elnarə Xəlilovadan danışıb: “W-trio” ilə müqaviləmiz bitdi deyə, qrup dağıldı. Mənim Vaqif Gərayzadə ilə işbirliyim davam etdi. Amma o biri qızlar solo karyeraya başlamaq istədilər. Mənim Röya və Elnarə ilə münasibətim yoxdur. Təzəlikcə, Elnarə ilə “salam-sağ ol” var aramızda. Amma yaxın deyilik, heç nəyi bölüşmürük. Düşünmüyün ki, Röya ilə düşmənik və ömürlük münasibət olmayacaq. Aygün Kazımovayla da münasibətimiz yox idi. Amma indi hər şey yaxşıdır”.

Bu dəfə barışıq addımı Röyadan gəldi -  illərin küsülülüyü bitdi

19 Mart 2018 12:40

İllərdi küsülü olan əməkdar artisr Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova arasında buzlar əriyib. Məlumata görə, Elnarənin keçmiş rəfiqələrinə barışıq addımı atması cavabsız qalmayıb. Onun bu təklifinə Natavan müsbət reaksiya verib.

"Oğluma görə məni bıçaqlamaq istəyiblər" - Xanım müğənni - VİDEO 

19 Mart 2018 12:19

ARB TV-nin "Sirdaş Rövşanə" proqramının növbəti qonağı müğənni Şəhla Həmidova olub. Müğənni övladı üçün hətta bıçaqla hədələndiyini də bildirib.

Nyu-Yorkda möhtəşəm Novruz bayramı

19 Mart 2018 11:56

Nyu Yorkda Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı ilə möhtəşəm bayram konserti təşkil olunub. “OLAYLAR” xəbər verir ki, tədbirə Azərbaycanın sevimli müğənnisi Könül Kərimova və istedadlı bəstəkar, ifaçı və müğənni Cabbar Musayev öz ifaları ilə rəng qatıblar. 

Könül Xasıyeva səfir oldu

19 Mart 2018 10:17

Xalq artisti Könül Xasıyeva “Həyat” Fondunun səfiri təyin olunub. Bu haqda xanəndənin Heydər Əliyev Sarayında baş tutan konsertində aparıcı Hacı Nuran Hüseynov deyib. 

“Çeburaşka” - Gənc Tamaşaçılar Teatrında 

19 Mart 2018 09:35

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Eduard Uspenskinin “Timsah Gena və dostları” əsəri əsasında hazırlanan “Çeburaşka” tamaşasının premeyrası keçirilib. Olaylar.az bildirir ki, uşaqlar tərəfindən alqışlarla qarşılanan bir hissəli musiqili tamaşanın rejissoru Ayla Həşimova, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Günay Qasımovadır.

Məşhur azərbaycanlı müğənninin içkisinə dərman atıb zəhərlədilər - ŞOK İDDİA 

18 Mart 2018 13:08

Mələkxanım Eyyubovanın yaxın qohumu, "Xalq Ulduzu" mahnı yarışması ilə məşhurlaşan xanəndə Mirkamil dünən gecə saatlarında Bakı şəhər 1 saylı kliniki mərkəzin (Semaşko) toksəkologiya şöbəsinə yerləşdirilib.

Könül Xasıyeva yubiley konserti verdi

18 Mart 2018 12:31

Xalq artisti Könül Xasıyeva solo konsert verib.   Məlumata görə, xanəndənin yubileyi münasibətilə keçirdiyi konserti Heydər Əliyev Sarayında baş tutub.  K.Xasıyevanın iki günlük konsertinin aparıcılığını Hacı Nuran Hüseynov edib. Müğənni səhnədə oturaraq mahnılarını oxuyub. Oğlum Kazım da anasını gecədə tək qoymayıb. O, səhnədə anasının yanında dayanıb. 

Gənc Tamaşaçılarda  həftəsonu 

17 Mart 2018 21:09

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bayram günləri ərəfəsində, həftəsonu iki premyera ilə tamaşaçılarının görüşünə gəlir. Martın 17-də saat 12:00, 14:00 və 16:00-da H.X.Andersenin “Qar kraliçası” və martın 18 və 19-da eyni saatlarda E.Uspenskinin “Çeburaşka” əsərləri əsasında hazırlanan tamaşaların ilk təqdimatı həftəsonu repertuarın əsasını təşkil edir.

“Qar kraliçası” təqdim olundu

17 Mart 2018 20:48

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında H.X Andersenin “Qar kraliçası” əsəri əsasında eyni adlı tamaşanın premyerası keçirilib. Olaylar.az bildirir ki, bir hissəli treyler janrında təqdim edilən tamaşa uşaqların bu günə kimi izlənilən Qar kraliçasından tamamilə fərqlidir. Məktəblilərin mistikaya marağı nəzərə alınaraq tamaşada müəllifin bu nağılında olan böyük dramatizm səhnədə nümayiş olunur.

Azərbaycan kəlağayıları Vyanada

17 Mart 2018 11:22

Martın 16-da Vyanada ALMA qalereyasında Azərbaycan kəlağayılarına həsr olunmuş təqdimat keçirilib. Avstriyada yaşayan həmyerlimiz Arzu Karunun hazırladığı təqdimatda Azərbaycanda ənənəvi qadın baş örtüyü barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, bir çox Şərq və müsəlman ölkələrindən fərqli olaraq, Azərbaycan qadınları ipək saplardan toxunmuş və özünəməxsus naxışları olan baş örtüyünə - kəlağayıya üstünlük veriblər. Təqdimatda kəlağayının tarixi ilə yanaşı onun istehsal, rənglənmə və naxışlanma üsulları, həmçinin ağac və metal qəlib formaları barədə danışılıb, müxtəlif ölçülü və rəngli kəlağayılar nümayiş etdirilib.

Vaqif Mustafazadənin xatirəsi anıldı - Muğam Mərkəzində

17 Mart 2018 11:19

Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Əməkdar İncəsənət Xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunmuş konsert keçirilib. Tədbirdə V.Mustafazadə haqqında qonaqlara ətraflı məlumat verilib, onun Azərbaycan musiqisindəki xidmətlərindən danışılıb.