Mədəniyyət

Könül Xasıyevadan 1 milyon iddiasına CAVAB: “Şəxsi problemim olub, polis həll edib”

26 Mart 2018 18:55

Tanınmış xanəndə, xalq artisti Könül Xasıyevaya 1 milyon 200 min manat pul "atıldığı" barədə iddialar səsləndirilib. İddialara görə, xalq artistinə bir müddət öncə tanıdığı şəxs tərəfindən ortaq biznes qurmaq təklifi edilib. Sənətkar əvvəlcə təkliflə razılaşmasa da, sonradan müsbət cavab verib.

"Yazırlar ki, Afaq Gəncəli ilə sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram"

26 Mart 2018 10:59

Tanınmış aparıcı və son vaxtlar özünü aktyor kimi sınayan Şəhriyar Əbilov şəxsi həyatından danışıb.

Emin Ağalarov ayağını sındırdı - Foto

25 Mart 2018 09:53

Müğənni-bəstəkar Emin Ağalarov ayağını sındırıb. Bu barədə müğənni İnstaqram səhifəsində məlumat verib və fotolarını paylaşıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da şəxsi İnstaqram səhifəsində Eminin fotolarını paylaşaraq ona dəstək verib.

Qədim Yunan aləti Bakıda səslənəcək

25 Mart 2018 09:45

Martın 29-da Beynəlxalq Muğam Mərkəzində Yunanıstanın qədim lira aləti ifaçısı Nikos Ksantulis konsert proqramı ilə çıxış edəcək.  “Etnik musiqi inciləri” layihəsi çərçivəsində reallaşacaq konsertdə ifaçını “Bakı virtuozları” kamera orkestri müşayiət edəcək.

Əməkdar artist EIgizi yıxıb-sürüdü: "Özünü yığışdır, yoxsa səni..." - QALMAQAL

24 Mart 2018 15:16

Elgiz Əkbərin əməkdar artist Gülüstan Əliyeva haqqında efirdən səsləndirdiyi sözlər qarşı tərəfi özündən çıxardıb.

“Könül İnciləri” təqdim olunacaq

24 Mart 2018 12:11

Martın 24 - də Xətai Sənət Mərkəzində  Bakıda böyüyüb boya-başa çatmış gənc modelyer rəssam Könül İncinin “Könül İnciləri” adlı fərdi sərgisi  keçiriləcək. Könül İnci 1988-ci il 22 mart Bakı şəhərində anadan olub. O, 2006-cı ildə 299 saylı məktəbi bitirmiş, 2007-ci ildən moda sahəsində çalışmağa başlayıb. 2009-cu ildən Sarabski adına Mədəniyyət evində Fərhad müəllimdən rəssamlıq dərsləri alıb.

Tanınmış müğənnimizi zəhərlədilər, xəstəxanaya düşdü

23 Mart 2018 22:06

Bir aya yaxın xəstəxanada yatan müğənni Aytac Vidadıqızı zəhərləndiyini açıqlayıb. Mərhum müğənni Vidadi Bərdəlinin qızı el şənliklərinin birində onu zəhərlədiklərini iddia edib: "Əslində bu barədə danışmaq istəmirəm. İstəmirəm ki, bu cür xəbərlər yayılsın. El şənliklərin birinə dəvət olunmuşdum, ya yeməyimə, ya da çayıma nəsə qatmışdılar. Zəhərləndim, çox əziyyət çəkdim. Özümü çox pis hiss elədim, həmin günü evdə yatdım. İnsan gərək sənət dostlarını çox yaxına buraxmasın. Bəzi musiqiçilərdən uzaq durmaq lazımdı. Çünki əksəriyyəti adama pul gözündə baxır. Əslində məni zəhərləyən adamın kimliyini bilirəm. Amma bir gün hər şeyi açıqlayacam".

Mübariz Tağıyevin 70 illiyi qeyd ediləcək

23 Mart 2018 18:48

Aprelin 25-də Heydər Əliyev Sarayında Xalq Artisti Mübariz Tağıyevin anadan olmasının 70 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

“Azərbaycanın məhəbbət mahnıları” albomu Türkiyədə

22 Mart 2018 10:55

Türkiyədə “Azərbaycanın məhəbbət mahnıları” adlı musiqi albomu buraxılıb. Satışa çıxarılmış albom “Ahenk müzik” firması tərəfindən hazırlanıb. İstanbulun Mərmərə Universitetinin musiqi fakültəsinin məzunu Utku Barış Andaç və İstanbul Texniki Universitetini səsyazma və studiya texnologiyaları ixtisası üzrə bitirmiş Ozan Sarıboğanın tərtib etdikləri iyirmi mahnının instrumental ifasından ibarət alboma Azərbaycanın görkəmli bəstəkarları Tofiq Quliyevin “Qəmgin mahnı”, “Sənə də qalmaz”, Rauf Hacıyevin “Nazəndə sevgilim”, Cahangir Cahangirovun “Ay qız” və digər əsərlər, həmçinin xalq mahnıları daxil edilib.

Azərbaycanlı aktyordan ŞOK AÇIQLAMA: "Evli kişi 20-30 qadınla əylənə bilər"

21 Mart 2018 14:40

Aktyor Rəşat Kəsəmənli xəyanətlə bağlı fikirlərini bölüşüb. Aktyor evli kişinin 20-30 qadınla münasibət qurmasına normal baxdığını deyib: "Evli kişi 30-40 qadınla əylənə bilər, bunun sevgiylə heç bir əlaqəsi yoxdur. Hansı kişi deyirsə ki, heç bir qadınla könül əyləncəm olmayıb, yalan deyir. Sadəcə, bunu məharətlə gizlədir. Bu xəyanət deyil.

Samiraldonun evi VİDEO+ FOTOLAR

21 Mart 2018 12:51

Stilist Samiraldo Novruz bayramı münasibəti ilə hər kəsi təbrik edib.

Röyadan Rəqsanə və Nadir açıqlaması: "Deyir ki, sponsor sevgilidir"

21 Mart 2018 10:50

Əməkdar artist Röya Ayxan müğənni Nadir Qafarzadə haqda açıqlama verib.  Müğənni "5/5" verilişində sənətçilərin şou-biznes nümayəndələri haqda dediyi sözləri qınayıb: "Müğənnilər yeni çıxanlar haqqımda ucuz danışmasınlar.

Könül Kərimovadan Məhəbbət Kazımovla bağlı ETİRAF — "Onu qısqanırdım"

19 Mart 2018 14:40

Müğənni Könül Kərimova Nanə Ağamalıyevanın aparıcısı olduğu "Nanəli" verilişinin mərhum əməkdar artist Məhəbbət Kazımova həsr olunmuş buraxılışında maraqlı açıqlamalarla çıxış edib.