Mədəniyyət

Tələbələr Mir Cəlal Paşayevin “Xatirələr”ini hazırlayır

27 Mart 2018 20:30

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Pedaqoji Kollecdə yaradılmış “Mizan” Tələbə Dram Dərnəyində yeni tamaşa hazırlanır. Ölkə Prezidentinin görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illlik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq, Fondun təşəbbüsü ilə ədibin hekayələri motivində səhnələşdirilən tamaşa gələn ay təhvil veriləcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Prezidenti dəstəkləyir

27 Mart 2018 20:27

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə və teatr sahəsinə göstərdiyi qayğıdan danışıb. Seçkilər ərəfəsində ölkə başçısının namizədliyinin kollektiv tərəfindən dəstəkləndiyini bildirərək Prezidentin ölkədə mədəniyyət sahələrinə və teatrın inkişafı ilə bağlı verdiyi çoxsaylı sərəncamları diqqətə çatdırıb: "Azərbaycanda prezident seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Ölkəmizdə demokratik və şəffaf seçkilərin təmin olunması üçün həmişə olduğu kimi lazımı şərait yaradılıb. Seçki kampaniyasında çoxsaylı ictimai-siyası təşkilatlarla yanaşı, ölkədə fəaliyyət göstərən yaradıcılıq birlikləri də yüksək səviyyədə iştirak edir.

Təbriz Teartı yenidən Musiqili Teatrda

27 Mart 2018 20:25

Yaratdığı obrazlarla İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz Teatrının rəhbəri Babək Nəhreynin iştirakıyla 27 və 30 mart tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında konsert proqramı olacaq. Olaylar.az bildirir ki, ötən il Musiqili Teatrda tamaşaçıların görüşünə “Bəxtəvər” komediyası ilə gələn güneyli aktyor bu dəfə də təqdim edəcəyi layihəni Novruz Bayramı günlərində İrandan - soydaşlarımızın sıx yaşadığı bölgələrdən, əsasən də Təbrizdən ölkəmizə gələn çoxsaylı turistlərin mədəni istirahətlərini təmin etmək üçün təşkil edib.

Xuraman hədələdi: "Sizi məhv edərəm"

27 Mart 2018 19:50

Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə onu tənqid edənlərə sərt cavab verib. Aktrisa ailəsinin təhqir olunduğunu bildirib. O, bundan sonra ona pis şərh yazanı tapıb cəzalandıracağını söyləyib: "Bundan sonra ailəmə artıq söz yazan qarşısında məni görsün.

Xalq artisti oğlu ilə eyni saatda qəza keçirdi

27 Mart 2018 17:46

Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz yüngül avtomobil qəzası keçirib. Bu barədə Cavidan Novruz özü məlumat verib.

"Nura Suri çox danışır, səsi başıma düşür"

27 Mart 2018 16:11

Xəbər verdiyimiz kimi, müğənni Xatun Əliyeva "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının qonağı olub. Sənətçi 10 müğənninin mahnılarını yox, insanlığını sıralayacağını etiraf edib.

“Erməni təcavüzünün qanlı səhifələri” - 31 Mart soyqırımı

27 Mart 2018 14:41

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Erməni təcavüzünün qanlı səhifələri” sənədli televiziya filminin istehsalını başa çatdırıb. AzTV ilə AMEA-nın Tarix İnstitutunun birgə layihəsi olan film ermənilərin 1918-ci il martın 31-də türk-müsəlman xalqlarına qarşı törətdikləri soyqırımının 100 illiyinə həsr olunub.

Cümhuriyyətin 100 illiyi ilə bağlı FESTİVAL

27 Mart 2018 14:35

Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  “Azərbaycan  Xalq  Cümhuriyyəti  İli”  çərçivəsində uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə  münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsasda doğm elə,vətənə məhəbbəti aşılamaq  məqsədi ilə  “Azərbaycanım” adlı  Respublika  Uşaq  Rəsm  Festivalı  keçirilir  və  festival  çərçivəsində müsabiqə  elan  olunur.

Gülay Zeynallı qəza keçirtdi

27 Mart 2018 12:25

Müğənni Gülay Zeynallının başına iş gəlib. Açıqlama verən müğənni qəza keçirtdiyini deyib: “Bu yaxınlarda təzə avtomobil aldım. Sevincimi bölüşmək üçün yaxın dostlarımla yığışıb, gəzməyə getdik. Evə qayıdanda birdən avtomobildən partlayış səsi gəldi. Dəli oldum, elə bildim maşın partladı. Bir də gördüm ki, “partpires” qırıldı, şüşələr üstümə dağıldı. Cana gələn mala gəlsin, şükür ki, xəsarət alan olmadı, təkcə maddi ziyana düşdük. Bədnəzərə, pis nəfsə çox inanıram. Bilirəm ki, gözə gəldim, yeni avtomobilin bir xətası olmalıydı”.

Xalq şairi Nəriman Həsənzadənin yeni kitabı işıq üzü görüb

27 Mart 2018 11:36

“Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xalq şairi, Əməkdar incəsənət xadimi, Fərdi Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor, şair-dramaturq Nəriman Həsənzadənin “Dostlar məni gözləyir” adlı yeni kitabı 408 səhifə həcmində 100 tirajla işıq üzü görüb.

Akademik Milli Dram Teatrında premyera

27 Mart 2018 09:17

Martın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşasının premyerası olacaq. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimovadır.

“Könül İnciləri” təqdim edildi

26 Mart 2018 19:05

Xətai Sənət Mərkəzində gənc modelyer rəssam Könül İncinin “Könül İnciləri” adlı fərdi sərgisi baş tutdu. Sərgini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elmi şurasının üzrü Samir Sadiqov açdı və rəssamın fəaliyyəti, yaradıcılığı haqqında öz ürək sözlərini söylədi və ona gələcək yaradıcılığında uğurlar arzuladı.

“Gürcüstan-Ukrayna-Azərbaycan 2017” Beynəlxalq fotosərgisi

26 Mart 2018 18:59

Martın 30 - da Gürcüstan Fotoqrafları Assosasiyasının təşkilatçılığı ilə Gürcüstan parlamentinin  Milli kitabxanasının sərgi salonunda “Gürcüstan-Ukrayna-Azərbaycan 2017” Beynəlxalq fotosərgisinin açılış mərasimi baş tutacaq. Olaylar az bildirir ki, sərgidə   “Gürcüstan-Ukrayna-Azərbaycan 2017” beynəlxalq müsabiqəsinin ən yaxşı fotoları yer alacaq.