“Könül İnciləri” təqdim edildi
Xətai Sənət Mərkəzində gənc modelyer rəssam Könül İncinin “Könül İnciləri” adlı fərdi sərgisi baş tutdu. Sərgini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elmi şurasının üzrü Samir Sadiqov açdı və rəssamın fəaliyyəti, yaradıcılığı haqqında öz ürək sözlərini söylədi və ona gələcək yaradıcılığında uğurlar arzuladı.
26 Mart 2018 19:05 MədəniyyətXətai Sənət Mərkəzində gənc modelyer rəssam Könül İncinin "Könül İnciləri" adlı fərdi sərgisi baş tutdu.
Sərgini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elmi şurasının üzrü Samir Sadiqov açdı və rəssamın fəaliyyəti, yaradıcılığı haqqında öz ürək sözlərini söylədi və ona gələcək yaradıcılığında uğurlar arzuladı. Həmçinin Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov da Könül xanım haqqında öz xoş arzularını bildirdi və Ona Xətai Sənət Mərkəzinin xüsusi diplomunu təqdim etdi. Bundan başqa, Könül xanımın müəllimi Fərhad İsniyev tələbəsinə uğurlar arzuladı. Könül xanım münsiflər heyətini və sərgiyə gələn qonaqlara təşəkkürünü bildirdi.
Qeyd edəkki, modelyer-rəssam hal-hazırda moda evində çalışır. Sərgidə gənc rəssamın 30-a yaxın əsərinin nümayiş olundu.
Müxtəlif mövzulara toxunan gənc rəssam yağlı boya, qrafika, sulu boya və.s texnikaları ilə əsərlər yaratmışdır.