Cümhuriyyətin 100 illiyi ilə bağlı FESTİVAL

Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  “Azərbaycan  Xalq  Cümhuriyyəti  İli”  çərçivəsində uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə  münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsasda doğm elə,vətənə məhəbbəti aşılamaq  məqsədi ilə  “Azərbaycanım” adlı  Respublika  Uşaq  Rəsm  Festivalı  keçirilir  və  festival  çərçivəsində müsabiqə  elan  olunur.

Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  "Azərbaycan  Xalq  Cümhuriyyəti  İli"  çərçivəsində uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə  münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsasda doğm elə,vətənə məhəbbəti aşılamaq  məqsədi ilə  "Azərbaycanım" adlı  Respublika  Uşaq  Rəsm  Festivalı  keçirilir  və  festival  çərçivəsində müsabiqə  elan  olunur.

Olaylar.az bildirir ki, iştirak etmək istəyənlər yaşadığı bölgənin milli  mədəni və tarixi  abidələrin, yerli mətbəx nümunələrinin, bölgəyə xas olan  flora və faunanın,  qədim əşya  və ya bölgə üçün  xarakterik  olan qədim geyimlərin, musiqi alətlərinin, müxtəlif  peşə  sahiblərinin obrazlarının təsviri, o cümlədən, hərbi vətənpərvərlik mövzusu, sərhədyanı problemlər  və qəhrəmanların obrazlarının  təsvirinin  tabloda  əks etdirməli  və    yaratdığı  işin   fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə  2018-ci il may ayının 5-nədək Xətai Sənət Mərkəzinin sosial şəbəkə ünvanlarından birinə göndərməlidir.

Qeyd edək ki, müsabiqədə 15 yaşına qədər uşaq və yeniyetmələr  ən çox 3 əsər təqdim etməklə iştirak edə bilərlər. Əsərlərdə  uşaqların öz duyğu və düşüncələri yer almalıdı. Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və  yeni  yaradılmış  əsərlərin  təqdim  olunmasını  arzu edirik. Qaliblərə müxtəlif mükafatlar təqdim olunacaq.

Bağlanış Xətai Sənət Mərkəzində  keçiriləcək və festival iştirakçıları əlavə diplomla təltif olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31