“Gürcüstan-Ukrayna-Azərbaycan 2017” Beynəlxalq fotosərgisi
Martın 30 - da Gürcüstan Fotoqrafları Assosasiyasının təşkilatçılığı ilə Gürcüstan parlamentinin Milli kitabxanasının sərgi salonunda “Gürcüstan-Ukrayna-Azərbaycan 2017” Beynəlxalq fotosərgisinin açılış mərasimi baş tutacaq. Olaylar az bildirir ki, sərgidə “Gürcüstan-Ukrayna-Azərbaycan 2017” beynəlxalq müsabiqəsinin ən yaxşı fotoları yer alacaq.
26 Mart 2018 18:59 MədəniyyətMartın 30 - da Gürcüstan Fotoqrafları Assosasiyasının təşkilatçılığı ilə Gürcüstan parlamentinin Milli kitabxanasının sərgi salonunda "Gürcüstan-Ukrayna-Azərbaycan 2017" Beynəlxalq fotosərgisinin açılış mərasimi baş tutacaq.
Olaylar az bildirir ki, sərgidə "Gürcüstan-Ukrayna-Azərbaycan 2017" beynəlxalq müsabiqəsinin ən yaxşı fotoları yer alacaq. Müsabiqə FİAP-in dəstəyi ilə baş tutmuş üç salonda -2-ci Gürcüstan Draq-2017, 2-ci Beynəlxalq Karpat fotovernisajı- 2017 və ilk dəfə olaraq Azərbaycan -2017 Beynəlxalq fotosalonuna 57 ölkədən 383 müəllifin 5292 fotosundan 4146 iş müsabiqədən keçmiş onlardan 158 əsər mükafatlara layiq görülüb.
Fotolar dörd: "Sərbəst mövzu - ağ-qara", "Sərbəst mövzu - rəngli fotoqrafiya", "İnsanlar" və "Mənzərə" bölümdə təqdim olunmuş və hər bölümlər üzrə FİAP-ın, hər bir salonun müvafiq qızıl, gümüş,bürünc medalları, diplomlara layiq görülüblər. Həmçinin qaliblərə mükafatlarla birgə kataloq da təqdim olunacaq.
31 mart - 2 aprel tarixlərində Azərbaycan, Ukrayna və Gürcüstan fotoqrafları üçün fotogəzinti təşkil olunacaq və əsərlərinin elektron təqdimatı gecəsi təşkil olunacaqdır. Bu sərgi və mükafatlandırma Ukraynada və Azərbaycanda olacaq.