"Nura Suri çox danışır, səsi başıma düşür"
Xəbər verdiyimiz kimi, müğənni Xatun Əliyeva "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının qonağı olub. Sənətçi 10 müğənninin mahnılarını yox, insanlığını sıralayacağını etiraf edib.
27 Mart 2018 16:11 MədəniyyətXəbər verdiyimiz kimi, müğənni Xatun Əliyeva "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının qonağı olub. Sənətçi 10 müğənninin mahnılarını yox, insanlığını sıralayacağını etiraf edib.
Xatun onuncu pilləyə Murad Ariflə Dilarə Kazımovanın duetini qoyub. Sənətçi doqquzuncu yerə əməmkdar artist Tünzalə Ağayevanı layiq gördüyünü deyib: "Bunun həyatında paqonlu adam görürəm. Son günlər mahnılarını qarışdırıb. Yəqin xarici mahnılara çox qulaq asır. Ona görə də doqquzuncu pillə olsun".
Sənətçi səkkizinci Natavan Həbibini, yeddinci isə Zamiq Hüseynovu edib. Xatun altıncı pilləyə layiq gördüyü Samir Cavadzadəni müdafiəyə qalxıb: "Bunun xətrinə Nura Suri dəymişdi. Şəkli yoxdur, haqqında bir-iki söz deyərdim. Çox danışır, səsi başıma düşür. Bir az mahnı oxusun, hit olsun. Samirin öz həyatı var, ona necə xoşdursa, bizə də xoşdir. Sənəti olmaya-olmaya ona-buna söz atmaqdansa, bizi mahnı ilə sevindirə bilər. Beşdə Samir Piriyevin "Eşqbaz"ı olsun.
İradə İbrahimova dördüncü olsun. Sənətdə çoxları onun ailəsinə qibtə edir. Onun yerində olmağa can atanlar var.
Səidə üçüncü olsun, mahnısını bəyənirəm. İstəyirəm ailə qursun, yaxşı insandır".
Xatun ikinci Kərim Abbasovu, birinci isə Hünay İbrahimlini edib. Müğənni Elnarə Xəlilovanı onluqdan uzaqlaşdırıb və küsülü olduğunu söyləyib:
"Hərdən müğənnilərə mat qalıram. Bunlarla hardasa kulisdə görüşürsən. O qədər mehriban olurlar. Səhəri başqa bir tədbirdi, onu gözləmirlər. Qapını açıb girirəm, məni tanımamazlıqdan gəlirlər. Mənə elə davranıb ki, tanımır. Amma mahnısı da gözəl deyil. Tac taxır, nəyinə lazımdır?". Axşam.az