“Erməni təcavüzünün qanlı səhifələri” - 31 Mart soyqırımı

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Erməni təcavüzünün qanlı səhifələri” sənədli televiziya filminin istehsalını başa çatdırıb. AzTV ilə AMEA-nın Tarix İnstitutunun birgə layihəsi olan film ermənilərin 1918-ci il martın 31-də türk-müsəlman xalqlarına qarşı törətdikləri soyqırımının 100 illiyinə həsr olunub.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Erməni təcavüzünün qanlı səhifələri" sənədli televiziya filminin istehsalını başa çatdırıb. AzTV ilə AMEA-nın Tarix İnstitutunun birgə layihəsi olan film ermənilərin 1918-ci il martın 31-də türk-müsəlman xalqlarına qarşı törətdikləri soyqırımının 100 illiyinə həsr olunub.

Ekran işində ermənilərin vəhşi cinayət əməllərinin qanlı səhifələri sənədlərin, şahidlərin və tarixçi alimlərin xarici dövlətlərin arxivlərindən üzə çıxardıqları yeni faktların dili ilə tamaşaçılara çatdırılır. Filmdə tarixçi-alimlər Güntəkin Nəcəfli, Kamran İsmayılov, İlqar Niftəliyev və Natiq Məmmədzadənin də fikirləri yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31