Könül Xasıyevadan 1 milyon iddiasına CAVAB: “Şəxsi problemim olub, polis həll edib”

Tanınmış xanəndə, xalq artisti Könül Xasıyevaya 1 milyon 200 min manat pul "atıldığı" barədə iddialar səsləndirilib. İddialara görə, xalq artistinə bir müddət öncə tanıdığı şəxs tərəfindən ortaq biznes qurmaq təklifi edilib. Sənətkar əvvəlcə təkliflə razılaşmasa da, sonradan müsbət cavab verib.

Vurğulanır ki, biznes Gürcüstanda qurulmalıymış. Əldə edilən razılaşmaya əsasən, "şərik" qonşu ölkədə qurulacaq biznesin təşkilati tərəflərini həll etməli, aidiyyəti dövlət qurumlarıyla əlaqələr yaratmalı, xalq artisti isə maliyyə ayırmalıymış. Amma "şərik" pulu Xasıyevadan alandan sonra yoxa çıxıb.

Açıqlama verən K.Xasıyeva xəbərin yalan olduğunu bildirdi:

"Ağ yalandır. Nə biznes, nə pul? Mənim heç vaxt biznes qurmaq barədə fikrim olmayıb. Şəxsi problemim olub, bunu da polis vasitəsi ilə həll etmişəm. Xahiş edirəm, adımdan yalan xəbərlər yazmayın. Bir vaxtlar ölüm xəbərimi də yaydılar. Ayıbdır".

Xatırladaq ki, xəbəri ölkə.az saytı yayıb. Yenicag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31