"Bu bizik" sərgisi
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi martın 9-da ilk dəfə olaraq məktəblərarası “Bu bizik” adlı foto müsabiqə elan etmişdir. Müsabiqəyə 4 nominasiyalar üzrə 168 foto təqdim olunub. Olaylar.az bildirir ki, Azərbaycan Fotoqrafları Birliyinin bədii işlər üzrə sədr müavini Rauf Umud və Rüslan Məmmədov hər nominasiya üzrə iki qalib seçib.
12 Mart 2018 09:36 MədəniyyətXXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi martın 9-da ilk dəfə olaraq məktəblərarası "Bu bizik" adlı foto müsabiqə elan etmişdir. Müsabiqəyə 4 nominasiyalar üzrə 168 foto təqdim olunub. Olaylar.az bildirir ki, Azərbaycan Fotoqrafları Birliyinin bədii işlər üzrə sədr müavini Rauf Umud və Rüslan Məmmədov hər nominasiya üzrə iki qalib seçib.
İki nəfər maskarad.az tərəfindən professional studiyada ustad dərsi və sertifikat təqdim edilib.
AFB tərəfindən təsis edilmiş xüsusi mükafatı - Qrand pri - müsabiqənin ən gənc iştirakçısı ikinci sinif şagirdi Aydan Aslanovaya təqdim olunub.
Tədbirdə mərkəzin direktoru L. Kərimli, AFB sədri M. Həsənoğlu, müsabiqənin rəsmi sponsorlar Ultra Technologies, Sweet Day və maskarad.az rəhbələri çıxış edərək məktəb həyatını maraqlı fotolarda əks etdirən iştirakçılara təşəkkürlərini bildirdilər və gələcəkdə də müsabiqənin davamlı olacağını qeyd etdilər.