Rusiyanı bu il "Eurovision"da təmsil edəcək müğənninin adı açıqlanıb

Müğənni Yuliya Samoylova bu il keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək.

Onun adı bazar günü Birinci kanalda efirə gedən "Vremya" verilişində açıqlanıb.

Samoylova Kiyevdə keçirilmiş "Eurovision-2017"də iştirak etməli idi, lakin Ukraynanın Təhlükəsizlik Xidməti Krımda çıxış etməsi ilə əlaqədar olaraq aktrisanın ölkəyə girişinə 3 il müddətinə qadağa qoyub.

"Eurovision-2018" 8-12 may tarixlərində Lissabon şəhərində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31