Mədəniyyət

Aşıq Əli görünüşü ilə şoka saldı- FOTO

27 Aprel 2018 14:25

Aşıq Əlinin sənət dostu Aşıq Samirə ilə yeni fotosu maraqla qarşılanıb. Aşıq Əli həmkarı ilə fotosunu İnstaqram səhifəsində paylaşaraq belə yazıb: “Həyat səni güldürəndə gülürsən. Hünərin var ağladanda gül, çox hörmətli sənətkar dostum Samirə”.

Azərbaycanın mədəniyyəti və milli mətbəxi Meksika festivalında

27 Aprel 2018 14:16

Meksikanın paytaxtı Mexiko şəhərinin mərkəzi Zokalo eydanında ənənəvi “Dost Mədəniyyətləri Festivalı” keçirilib. Festivalın təntənəli açılış mərasimində Mexiko şəhəri Hökumətinin başçısı Xose Ramon Amiyeva, Mexiko şəhəri qanunverici orqanının üzvləri, Meksikada akkreditə olunmuş diplomatik korpus təmsilçiləri iştirak edib. Ölkəmizi tədbirdə Meksikada Səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.

Qarabağın "dəmir ledi"-si

27 Aprel 2018 13:03

Ona Qarabağın "dəmir ledisi"-də deyirlər. Qardaşının, iki ərinin, övladlarının ölümünü görüb. Azərbaycanın ilk maarifçi qadınlarından olan Həmidə Cavanşırin atası Əhməd bəy arvadını evdən qovur və Həmidə15 yaşında polkovnik İbrahim bəy Davatdarova ərə gedir. O vaxt Rusiya imperiyasının tərkibində olan Qarsda yaşayır.Mina və Müzəffər adlı övladları dünyaya gəlir. 1902-ci ildə ərinin vəfatından sonra Həmidə Şuşaya qayıdır. 1903-cü ildə atası Əhməd bəy sətəlcəmdən dünyasını dəyişir.

Sevgi yağışı

27 Aprel 2018 12:46

Gənc Tamaşaçılar Teatrının may repertuarı

27 Aprel 2018 12:43

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may repertuarını açıqlayıb. Olaylar.az repertuarı təqdim edir: 1, 2, may - “Çeburaşka” (premyera) 2,3 may - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Vladiqafqaza qastrol səfəri 3, 4 may - A.Şaiq “Tıq-tıq xanım” Şimali Osetiya Akademik Milli Dram Teatrında

"Sən gəlməz oldun" mahnısı kimə yazılıb?

27 Aprel 2018 12:29

​​​​​​​1924-cü ildə Gəncədə dünyaya gələn Ələkbər Tağıyev 35 ildən çox prokurorluq orqanlarında fəaliyyət göstərib. Oğlu Akifin kiçik yaşlarında dünyasını dəyişməsi onu sarsıdır. Yenidən oğlu olmasını istəsə də iki qızı dünyaya gəlir. Yaxınları bəstəkarı falçıya aparırlar. Falçı ona deyir: "Narahat olma, sənin oğlun olacaq, bundan sonra sənə vergi veriləcək". 1958-ci ildə Ələkbər Tağıyevin oğlu Xaliq dünyaya gəlir. 

Əvvəl anbar, kazino, indi isə teatr binası

27 Aprel 2018 12:27

20-ci əsrin sonlarında Bakı milyonçusu Hacı Haşım bəy Kərimov Malakan və Praçeçnaya küçələrinin tinində məhsul ehtiyatını saxlamaq üçün anbar tikdirir. Çin və Yaponiyadan səyahətdən qayıtmış, tacirin oğlu Əliheydər Kərimov bu binanı Çin-Yapon üslubunda dizayn etdirir.

"8 ildir onsuzam" - Amaliya Pənahova kövrəldi

27 Aprel 2018 10:27

Xalq artisti Amaliya Pənahova mərhum həyat yoldaşı, tanınmış diktor Yusif Muxtarovu yad edib.  Aktrisa sosial şəbəkədə həyat yoldaşının fotosunu paylaşan aktrisa bunları yazıb:  “Bu gün ömür-gün yoldaşım, Azərbaycan radiosunun görkəmli diktoru Yusif Mehdi oğlu Muxtarovun anım günüdür. Allah rəhmət eləsin! 8 ildir onsuzam. 8 ildir, sirdaşsızam”. 

Heydər Əliyev Mərkəzində “Oxu günü” 

27 Aprel 2018 10:24

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə “Oxu günü” təşkil olunub. Məqsəd yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Bakıda İtaliya Opera Günləri keçiriləcək

27 Aprel 2018 09:38

Mayın 3-6-da Bakıda İtaliya Opera Günləri keçiriləcək. İtaliya Opera Günləri bu ölkənin Bakıdakı səfirliyi, italyan bəstəkarı Françesko Maconun, bəstəkar Günay Mirzəyevanın və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə keçiriləcək. Opera günləri Cakomo Puççininin “Madam Batterflay" operası ilə açılacaq. Operaya məşhur italyan dirijoru Yakopo Sipari di Peskassero dirijorluq edəcək. Madam Batterflay partiyasını Silvana Froli (İtaliya) ifa edəcək. Qeyd edək ki, bu il məşhur italyan bəstəkarı Coakkino Rossininin ölümündən 150 il ötür.

"Qaraca qız"ın uşaq qəhrəmanları illər sonra - Fotolar

27 Aprel 2018 09:06

"Qaraca qız" filminin uşaq qəhrəmanları Tutu və Xədicə illər sonra məktəblilərlə görüş keçirib.   Xədicə obrazını oynayan Leyli Axundova, Tutu obrazını isə canlandıran Sevil Zeynalova illər sonra filmdəki gizli məqamlardan danışıblar. Məlum olub ki, ekran işinin əvvəlində Tutunun uşaqlığını başqa bir qız oynayır. Filmin ilk 6 dəqiqəsinə diqqətlə baxsanız, bunun fərqinə varacaqsınız.

Türk musiqiləri Bakıda səsləndi

27 Aprel 2018 08:58

Bakı Yunus Əmrə İnstitutunda Seyhan Karakaş və Minə Bakırın təqdimatında konsert proqramı təqdim edilib. Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi belə tədbirlərin iki qardaş xalq arasında dostluq əlaqələrinin inkişafına böyük töhfə olduğunu söyləyib. İnstitutun direktoru Cihan Özdemir tələbələrin mənəvi inkişafında mədəniyyət tədbirlərinin böyük rolu olduğunu söyləyib.