Mədəniyyət

Aslı Enver Muradı "sildi"

25 Aprel 2018 11:34

Pop festivalı keçiriləcək - BAKIDA

25 Aprel 2018 10:51

Koreya Azərbaycandakı Səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə aprelin 28-də Bakı Musiqi Akademiyasında “Bakı K-pop Festivalı - 2018” keçirəcək. Festivalda yalnız k-pop ifaçıları deyil, həmçinin azərbaycanlı məşhur müğənnilərin ifaları eşidiləcək, Koreyaya aid rəsm əsərləri nümayiş etdiriləcək.  “Bakı K-pop Festivalı’ artıq 4-cü ildir, keçirilir. 2017-ci ildə festivalda ümumilikdə 34 qrup tərkibində 50 nəfər rəqs və mahnıları ilə festivalın qalibi olmaq uğrunda mübarizə aparıb.

"Adamın Hacı Nuran kimi əri ola" - Elza

25 Aprel 2018 10:00

Əməkdar artist Elza Seyidcahan aparıcı Hacı Nuran Hüseynovla fotolarını paylaşıb. Müğənninin şəkillərə yazdığı şərh diqqət çəkib. Hacı Nuranın onu zarafatla “boğduğu” yerdə çəkilən şəklinə E.Seyidcahan bunları qeyd edib:

Məktəblilər uşaq yazıçıları ilə görüşdülər

25 Aprel 2018 09:58

UNESCO-nun təklifi əsasında aprelin 23-ü Beynəlxalq Kitab Günü kimi qeyd edilir. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Yasamal rayonundakı 53 nömrəli tam orta məktəbdə “İmzalı görüş” layihəsi çərçivəsində uşaq yazıçıları Aygün Bünyadzadə və Reyhan Yusifqızı ilə görüş keçirib. Tədbirdə bu qurumun sektor müdiri Xatirə Hüseynova və aparıcı məsləhətçi Ramilə Qurbanlı iştirak ediblər.

“Səmanın fəthi” təqdim edildi

25 Aprel 2018 09:54

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin çəkdiyi “Səmanın fəthi” sənədli filminin təqdimatı keçirilib. Tədbirdə rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov filmdə astronomiya elminin Azərbaycandakı inkişaf tarixindən, kəşf edilmiş göy cismləri və planetlər üzərindəki kraterlərə Beynəlxalq Astronomiya Birliyi tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının verilməsindən bəhs olunduğunu söyləyib. O, filmin yaradıcı heyətinə uğurlar arzulayıb.

“Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin seçim mərhələsi başa çatdı

25 Aprel 2018 09:50

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 saylı filialında (M.Ə. Sabir adına Mərkəzi Şəhər Kitabxanası) dahi Azərbaycan şairi İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar təşkil edilən uşaq və məktəblilər arasında “Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin Bakı şəhər MKS üzrə seçim mərhələsi başa çatıb.

Teatr möhtəşəm idman yarışına hazırdır

25 Aprel 2018 09:30

Hər həftə olduğu kimi, bu həftə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı maraqlı repertuarla tamaşaçıların görüşünə gələcək. Kollektiv aprelin 27-29-da Bakıda növbəti dəfə möhtəşəm idman yarışması olan Formula 1-in keçiriləcəyini nəzərə alaraq xüsusi repertuar tərtib edilib.