“Oskar”ın növbəti təqdimatının vaxtı açıqlandı
26 Aprel 2018 11:40 Mədəniyyət2019-cu ildə 91-ci dəfə keçiriləcək "Oskar" mükafatlandırma mərasiminin vaxtı bəlli olub.
Bu barədə "ABC" kanalı məlumat yayıb.
İlin ən yaxşı filmlərinin bəlli olacağı mərasim 24 fevral 2019-cu ildə baş tutacaq.
7 yanvar tarixində namizədlər üçün səsvermə prosesi başlayıb, 14 yanvar tarixində bitəcək. 22 yanvarda isə mükafat uğrunda mübarizə aparacaq namizədlərin siyahısı təqdim olunacaq.
Sonuncu səsvermə isə 12-19 fevral tarixləri arasında baş tutacaq.
Qeyd edək ki, bu il "Oskar" mükafatlandırma mərasimi mart ayında keçirilib.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31