Qaliblər Misirə səfər edəcəklər
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasındakı əməkdaşlığa əsasən keçirilən “Misir gənc Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb.
26 Aprel 2018 13:59 MədəniyyətAzərbaycan Dövlət Rəssamlıq Akademiyası, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasındakı əməkdaşlığa əsasən keçirilən "Misir gənc Azərbaycan rəssamlarının gözü ilə" adlı sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb.
Olaylar.az bildirir ki, tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Akademik Ömər Eldarov, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Dr. Əhməd Sami Elaydi və Akademiyanın professor-müəllim heyəti, tələbələri iştirak etdilər.
Qeyd edək ki, Sərgi-müsabiqədə 16-30 yaş arası gənc rəssamlar iştirak ediblər. Qaliblər Misirə səyahətlə mükafatlanırılmış və bütün iştirakçılara sertifikat təqdim edilib.