Hüseyn Cavidin faciəli həyatı

"Həqiqət istərəm, yalnız həqiqət" 

Sovet hakimiyyətini tərifləməkdən, Stalinə mədhiyyə yazmaqdan imtina edən, Azərbaycan ədəbiyyatında bir çox ilklərin banisi Hüseyn Rəsizadə-Hüseyn Cavid 57 yaşında Sibirə sürgün edilib. 

1918-ci ildə ailə qurduğu Mişkinaz xanım təhsilsiz olur. Buna görə də Cavid ona evdə dərs deyir. 1920-ci ildə həyat yoldaşı ağır xəstələndiyi üçün Hüseyn Cavid evində olan kitabları sataraq arvadına dərman alır. 

1921-ci ildə 10 günlük oğlu Tomiris ağır xəstəlikdən vəfat edir. Digər oğlu Ərtoğrul Tiflisdə hərbi xidmətdə olarkən ağır xəstələnir. Naxçıvana gətirilsə də orada dünyasını dəyişir. 

Mişkinaz xanım həm dolanışıq, həm də sürgündə olan Cavidin yanına gedib gəlmək üçün evdə olan qiymətli əşyaların hamısını satır.

Cavidin 1941-ci ildə yazdığı son məktubunu 1942-ci ildə almaq mümkün olur. Cavid 1941-cil dekabrın 5-də dünyasını dəyişir. 

1982-ci ildə Cavidin 100 illiyi ərəfəsində Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin cənazəsinin Azərbaycana gətirilməsinə qərar verilir. Sibirə yollanan nüməyəndə heyəti Tayşet şəhərində yerləşən "məhbus əlillər evində" həlak olanların siyahısını araşdırır. Sənədə əsasən 21 saylı "məhbus əlillər evində" müalicə olunan Hüseyn Cavid Rəsizadə 1941-ci il dekabrın 5-də saat 22:30 da ayaqlarını soyuq apardığına görə, ürək zəifliyindən dünyasını dəyişib. Dekabrın 7 də "məhbus qəbiristanlığında" dəfn olunub. Şairin dəfnində əlillər evindən olan dustaq azərbaycanlılar iştirak edib. Onlar da Cavidi 59 nömrəli qəbirdə üzü qibləyə dəfn ediblərmiş. 

Hüseyn Cavidin cənazəsi Bakıya gətirilir. Bir neçə gün sonra isə doğulduğu Naxçıvanda dəfn edilir. Dəfn də Hüseyn Cavidin qızı Turan Cavid də iştirak edib. Məzarın üzərində mavzoley tikildikdən sonra Hüseyn Cavidin həyat yoldaşı və oğlunun məzarı da ora köçürülüb. 2004-cü ildə dünyasını dəyişən qızı Turan Cavid də orada dəfn olunub. 

Olaylar.az "Belə belə işlər"-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31