Mədəniyyət
Azərbaycan musiqisinin təbliği ilə bağlı mühazirələr
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar silsilə tədbirlər həyata keçirir. Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Bakı şəhərinin Yasamal rayonu Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq doktoru Nuridə İsmayılovanın “Cümhuriyyət dövründə musiqi” mövzusunda mühazirəsi keçirilib.
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyənin Konya şəhərində keçiriləcək “Min nəfəs, bir səs” türkdilli ölkələrin Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil etmək üçün bu ölkəyə səfər edib. Olaylar.az bildirir ki, 11-ci dəfə keçirilən nüfuzlu festivalda mədəniyyət ocağının kollektivi aprelin 30-da “Cəhənnəm sakinləri” tamaşasını oynayacaq. Bundan başqa, teatr rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçiriləcək, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılacaq, aktyor və rejissorlar seminarlarda iştirak edəcəklər.
Teatr kollektivi dünya teatr olimpiadasının diplomu ilə təltif edilib
Hindistanda VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı diplomla təltif edilib. Olaylar.az bildirir ki, festivala olimpiada təşkilatçılarının dəvəti ilə qatılan kollektiv T.Vəliyevanın “Cəza” (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirib. Tamaşa festival iştirakçıları tərəfindən maraqla qarşılanıb, səhnə əsəri ilə bağlı çoxsaylı müsbət fikirlər səsləndirilib, müzakirələr aparılıb. Festival təşkilatçıları aktrisanın yüksək oyun məharətini qeyd edərək tamaşa ilə bağlı yüksək fikirlər səsləndiriblər.
Yeni filmlər - Nizami Kino Mərkəzində
Nizami Kino Mərkəzində Türkiyənin “Can feda” ABŞ-ın “Döğru və cəsarət” və ABŞ və Kanadanın “Dumanla nəfəs al” filmlərinin nümayişi başlanıb. Olaylar.az bildirir ki, AF Mediya şirkətinin təqdim etdiyi “Can feda” döyüş filminin rejissoru Çağatay Tosundur. Yaş həddi: 14+ Film, Türk ordusunun Vətən uğrunda, terrorçular tərəfindən qurulmuş təhlükəli tələyə qarşı mübarizəsindən bəhs edir.
Tacir efirdə onu biabır edən dayısı haqda: "Özünü idarə edə bilmir"
"Atamın dəfninə gedə bilmədim"
ABBA 35 il sonra yenidən qayıdır
Xalq artisti konserti zamanı atasının ölüm xəbərini aldı - Heç kəs bu vəziyyətdə çıxıb oxumazdı - VİDEO
Xalq artisti Gülyanaq Məmmədova ötən ay dünyasını dəyişən 84 yaşlı atasının ölümündən danışıb.
Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmaq istəyir
“Bir dəlinin rəssamı” adlı kitabı ilə şeirlərini toplu halda təqdim edən müğənni və bəstəkar Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq istəyir.
Xumar Qədimova 52 yaşını qeyd etdi Video
Britaniya filmləri BAKIDA
“British Council Azerbaijan”, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə mayın 1-dən 6-dək Bakıda dördüncü “Britaniya film baharı” festivalı keçirəcək.
“Azərbaycan kinosu–120” – “Dolu” nümayiş edildi
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan kinosu–120” adlı tədbir keçirilib.










.jpg)



