“Azərbaycan kinosu–120” – “Dolu” nümayiş edildi
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan kinosu–120” adlı tədbir keçirilib.
27 Aprel 2018 15:19 MədəniyyətBakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə "Azərbaycan kinosu-120" adlı tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas Azərbaycan kinosunun tarixindən söhbət açıb.
Qarabağ müharibəsi mövzusunda özünün eyniadlı romanı əsasında "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Dolu" filmi barədə məlumat verən yazıçı tamaşaçıları maraqlandıran sualları cavablandırıb.
Sonra Azərbaycan kino tarixini özündə əks etdirən kitabların sərgisinə baxış olub.
Sonda "Dolu" filmi nümayiş olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31