Xalq artisti konserti zamanı atasının ölüm xəbərini aldı - Heç kəs bu vəziyyətdə çıxıb oxumazdı - VİDEO
Xalq artisti Gülyanaq Məmmədova ötən ay dünyasını dəyişən 84 yaşlı atasının ölümündən danışıb.
27 Aprel 2018 16:30 MədəniyyətXalq artisti Gülyanaq Məmmədova ötən ay dünyasını dəyişən 84 yaşlı atasının ölümündən danışıb.

"5/5"də qonaq olan xanım sənətkar həmin ərəfədə Avstriyada konsertdə olduğunu qeyd edib. Konsert zamanı gələn zənglə atasının qəfil ölümündən xəbər tutan müğənni saat yarımlıq konsertini oxumaq məcburiyyətində qaldığını sözlərinə əlavə edib:
"Burada atam dəfn olunurdu, mən Avstriyada tələbəmlə saat yarımlıq konsert oxuyurdum. Təşəkkür etdilər ki, heç kəs bu vəziyyətdə çıxıb oxumazdı".
Gülyanaq Məmmədovanın kömrək açıqlaması tam olaraq videoda:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31