ABBA 35 il sonra yenidən qayıdır

İsveçin məşhur pop qrupu ABBA 35 il fasilədən sonra yenidən bir araya gəlib.

Qrup studiyaya girərək 2 mahnı səsləndirib. Bu barədə ABBA-nın rəsmi İnstaqram səhifəsində yazılıb:
 
"35 il sonra güclərimizi birləşdirməyin əyləncəli olacağını düşündük və studiyaya girdik. Özümüzü qısa tətildən dönmüş kimi hiss elədik. İki yeni mahnı yazdırdıq. İnanılmaz dərəcədə həzz aldıq".


 
1970-80-ci illərin məşhur qrupu bu xəbəri ilə sosial şəbəkə izləyicilərini sevindirib.

ABBA-nın yeni mahnısının nə zaman yayımlanacağı isə hələlik bilinmir. 

Axsam.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31