Mədəniyyət
"Muğam yoxdur" deyən Ağadadaş: "Az qalırdı, tutub döysünlər..." - VİDEO
Elnarə mədəsini çıxartdırıb tanınmaz dərəcədə arıqlayan aktrisanı tanımadı
Xalq artisti: “Artıq dramatik obrazlarda oynamaq istəyirəm”
Xalq artisti Firəngiz Mütəllimova 2009 –cu ildən yayımlanmağa başlayan “Bacanaqlar” serialında davamlı olaraq yer alır. Olaylar.az – a bu barədə açıqlama verən xalq artisti bildirdi ki, o kollektivə olan sədaqətindən dolayı buradadı. “Bizim orda yerimiz ssenariyə görə deyil. Biz orda çox az görünürük. Bu da mənim zamanımın az olması ilə əlaqədardı. Bildiyiniz kimi Mədəniyyət və İncəsənət Universitetində də dərs deyirəm. Serial elə bir işdir ki, gərək davamlı olaraq çəkiliş meydançasında olasan. “Bacanaqlar” da həftədə bir dəfə çəkilişə gedirəm.
Tünzalə atasına yas saxlamadığına görə onu qınayanlara cavab verdi
Əməkdar artist Tünzalə Ağayeva atasını itərəndən sonra ilk dəfə kamera qarşısına keçib. “Xəzər Magazin”ə danışan müğənni atasının uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkdiyini deyib: “Bir gün gələr bir gün gedir. Amma bunu yaşamaq çətindir. Valideynin boşluğu insanın içində qalır, onun yerini heç nə doldurmur. Atamın ağır xəstə olmasını bilirdim. Bu bizim üçün qəfil hadisə olmadı, o, ağır xəstə idi. Atam mənə çox böyük savab qazandırdı. Düzdür, daim yanında ola bilmirdim. Amma bir övlad kimi ona qayğı göstərirdimsə, bu, atamın mənə qazandırdığı savab idi”.
"Anar Nağılbazın vəziyyəti yaxşı deyil"
Aparıcı qayınanasını nişanında görmək istəmədi FOTO
Afaq: "Heç bir kişinin sevgilisi olmaram"
ATV-nin aparıcısı Afaq Gəncəli çəkildiyi filmin imza gününə qatılıb. Son vaxtlar özünü həm də aktrisa kimi sınayan aparıcı şəxsi həyatından danışıb. Açıqlama verən Afaq hələ qəlbini fəth edən insanın olmadığını bildirib: "Hələ ki, qəlbimi fəth edən biri yoxdur. Olsa, nə xoş mənə. Onu da deyim ki, heç bir kişinin sevgilisi olmaram, yalnız sevdiyi qadın ola bilərəm".
Vaşinqtonda bir ilk - Azərbaycan bayrağı UCALDI
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və ABŞ Milli Park Xidmətinin dəstəyi ilə ABŞ paytaxtının ən məşhur tarixi məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib. Səfirlikdən Olaylar.az - a bildirilib ki, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq silsilə tədbirləri çərçivəsində ABŞ-ın Bruklin (Nyu-York) şəhərində fəaliyyət göstərən My Way mərkəzinin Qafqaz Ritm adlı uşaq rəqs qrupu Vaşinqtonun ən populyar turizm mərkəzlərindən olan Tomas Ceferson Memorial, Vaşinqton Abidəsi, Linkoln Memorial və Ağ Evin qarşısında valehedici Azərbaycan milli rəqslərini nümayiş etdirmişdilər. Amerikanın banilərinin şərəfinə qoyulan abidələr bu dəfə Azərbaycan Demokratik Respublikasına həsr olunmuş musiqi milli bayramın tərkibi hissəsi olmuşdurlar.
Rasim Balayev daha səhnəyə qayıtmaq istəmir
Şəbnəm Tovuzlu: “Məni hər müğənniyə tay tutmayın!” – FOTOLAR
Peru musiqisi ilə muğamımız birgə səslənəcək
Beynəlxalq Muğam Mərkəzində mütəmadi olaraq millimusiqilərlə yanaşı maraqlı etnik musiqi konsertləri də təşkil edilir. Olaylar.az bildirir ki, Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində Rumıniyadan,Moldovadan,Türkiyədən, Yunanıstandan, Mərakeşdən və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurlu olub.
Mehriban Zəki: “Mən onunla görüşmədən ayrıldım” - MÜSAHİBƏ
Tanınmış aktrisa, Əməkdar artist Mehriban Zəkinin müsahibəsini təqdim edirik. Dağlar Yusif: Mənim üçün var performativ roman, var performativ sənət, bir də var performativ insanlar. İndi qarşımızda oturan Mehriban Zəki başdan-ayağa oyundur, kodlaşdırılmış mətndir. Hansı ehtiyacdan doğur bu “oynamaq”, bu performativlik?
Ermənilər tərəfindən Tbilisidə öldürülüb orda da basdırılan Cümhuriyyət liderləri
Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün “Gözü yol çəkən məzarlar” adlı layihəmizə davam edirik. Тbilisi botanika bağı Gürcüstan paytaxtının tarixi mərkəzində yerləşir.
Açıq səma altında əsərlər çəkiləcək
Aprelin 29-da “Art Villa” qalereyasında “Açıq səma altında plener-18” keçiriləcək. Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət Nazirliyi və Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə təşkil olunan plener “Azərbaycanım” adı altında gerçəkləşəcək. “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.
Qusar etüdləri “Vətənin tərənnümü”ndə
Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və “Xətai” Sənət Mərkəzinin təşkilatçılığı ilə 2018-ci il mayın 4-də “Vətənin tərənnümü” silsiləsindən rəssamların növbəti Qusar etüd pleneri keçiriləcək. Olaylar.az bildirir ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşacaq plener rəssamlara doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu, düşüncələrini rəsm əsərlərində əks etdirmək bacarıqlarını təkmilləşdirmək, həmçinin rəssamların yaradıcılıq imkanlarını genişləndirmək, yaradıcı şəxslərin təbiətə çıxışını təmin etmək, onların palitrasına təbiətin rənglərini gətirmək və etüdə olan marağı stimullaşdırmaq məqsədi daşıyır.














