Mədəniyyət

“Qız uşağıyam, mənə İnstaqram olmaz” -  əməkdar artist

1 May 2018 10:21

Əməkdar artist Bəsti Sevdiyeva “Zaurla Günaydın” verilişinin qonağı olub. Aparıcı Günay Baxşəliyeva muğam ifaçısına İnstaqramda aktiv olmadığını deyib. 

Beynəlxalq Caz Günü - Muğam Mərkəzində

1 May 2018 07:44

Beynəlxalq Muğam Mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Caz Günü münasibətilə qala-konsert keçirilib. Konsertdən əvvəl Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək ölkəmizdə caz musiqisinin zəngin və tarixi ənənələrinin olduğunu bildirib.  Sonra UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının loqosunun həkk olunduğu xatirə hədiyyəsi Bakı Caz Festivalının rəhbəri Leyla Əfəndiyevaya təqdim edilib.

Gürcüstanda “Əli və Nino” tamaşasının premyerası olacaq​​​​​​​

1 May 2018 07:36

Mayın 1-də Tbilisidə Şota Rustaveli adına Teatrda “Əli və Nino” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası olacaq. Tamaşa İvane Maçabeli adına Tsxinvali Dövlət Dram Teatrı tərəfindən hazırlanıb. Əsərin səhnə versiyasının rejissoru Qoça Kapanadzedir.

Hacıdan şok açıqlama: “Hamısı keçmiş həyat yoldaşlarımdır”

30 Aprel 2018 16:32

Tanınmış teleaparıcı Hacı Nuran şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Nuran aşiq olduğu qadının da adını açıqlayıb: “Bir il öncə Meray Kerridən çox xoşum gəlirdi. Bakıya gələndə onunla foto çəkdirdim. Selin Dionun da aşiqiyəm, o mənim üçün əlçatmaz qadındır. Kaş onunla görüşə biləydim”.

Oksananın arxivi FOTO

30 Aprel 2018 16:01

Rəqqasə Oksana Rəsulova uşaqlıq fotosunu üzə çıxarıb. SİA-nın məlumatına görə, rəqqasə həmin şəkli sosial şəbəkədə paylaşıb. O, şəkilə “Deməyin ki, oxşamıram? 5 yaşım olanda mən” sözlərini yazıb.

Azərbaycan muğamı kosmosda 

30 Aprel 2018 14:32

Təsəvvür edin ki, həqiqətəndə yadplanetlilər varsa, onların yerdən ilk eşidəcəyi səslərdən biri Azərbaycan muğamıdır. 1977-ci ildə NASA "Voyager 1" adlı peykini kosmosa göndərib. Amerikalı astronom Karl Saqanın hazırladığı "Voyager" qızıl plastinkasına 27 melodiya daxildir. Bu melodiyalardan biri Azərbaycanın xalq artisti Kamil Cəlilovun balabanda ifa etdiyi "Muğam" kompozisiyasıdır. 

Monika Belluçinin portretini hansı azərbaycanlı rəssam çəkib - Öz xahişi ilə

30 Aprel 2018 14:27

O Roma papasının, Monika Belluçinin şəxsən öz xahişi ilə portretini çəkib.  Hətta "Roma papası" portretində Qarabağ xalçası da var.  Onun "Cıdır düzü" əsəri Kraliça 2-ci Elizabetə hədiyyə edilib. 

Formula 1 günlərində Gənc Tamaşaçılar Teatrında

30 Aprel 2018 14:23

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov Olaylar.az – a  bildirib ki, paytaxtımız üçün əlamətdar olan Formula 1 Azərbaycan Qran Prisi günlərində ADGGT-da özəl repertuar tərtib etmişdi. Belə ki, aprelin 26-da tamaşaçılara Lineyn trilogiyası əsasında Martin Makdonaxın “Konnemarada bir kəllə”, 27-si “Yalqız Qərb” , 28-i L.Nurenin “Mən gəldim qızlar” 29-u isə “Aydın” tamaşaları təqdim edildi. 27-29 aprel tarixlərində və eləcə də ay boyunca bütün axşam tamaşaları sinxron və titrlərlə nümayiş olundu. Formula 1 çərçivəsində dünya klassikası və Azərbaycan dramaturqlarının seçmə əsərlərini repertuarımıza daxil etmişik. İnanıram ki, şəhərimizin qonaqları teatrlarımızla tanış olmağa zaman tapdılar”

Filmimiz Amerikada nümayiş olunacaq

30 Aprel 2018 14:22

“Nar bağı” bədii filmi ABŞ-da keçirilən SEE (South East European Film Festival) film festivalında nümayiş olunacaq.

Röya: "Zato" ərə getdim, məni alan oğlan məgər bilmirdi kimi alır? - VİDEO

30 Aprel 2018 13:44

Azərbaycanın 1 nömrəli xanım ulduzu Röya Ayxan "Stop" verilişinin qonağı olub. İfaçı Nail Naiboğlunun suallarını cavablandırarkən çox səmimi olub.