Mədəniyyət
Teatr sənəd qəbulu elan edib
Azərbaycan Dövlət Musiqili Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər.
“Ərim xərçəngdən öldü” - Azərbaycanın "Eurovision" təmsilçisi
Azərbaycanı "Eurovision 2018" mahnı müsabiqəsində təmsil edən Aysel Məmmədova (Aisel) wiwibloggs.com-a müsahibə verib. 28 yaşlı müğənni şəxsi həyatı barədə maraqlı məqamlara toxunub və həyat yoldaşının xərçəngdən dünyasını dəyişdiyini söyləyib: "Bu, mənim həyatımın kədərli bir hekayəsidir. O, musiqiçi və pianoçu idi. Ərim xərçəngdən vəfat etdi. Ancaq, həqiqətən də, o, mənim həyatıma böyük, müsbət enerji gətirdi. Həyat yoldaşım məndən 12 yaş böyük idi. Onun iş və həyat baxımından böyük təcrübəsi var idi. Həm musiqiçi, həm də dost kimi mənə çox şey verdi".
Nazim Hikmətin Azərbaycan sevgisi
Məmur qızı bu dəfə televiziya aparıcısı olacaq
Rəmişdən qəribə qarabağlı SÖZLƏRİ: "Səni yıxıb sürüyərlər” - VİDEO
Xalq artisti, gitaraçı Rəmiş ARB TV-nin “Səhər-Səhər” verlişininqonağı olub. Efir zamanı Rəmişin qısa zümzüməsi aparıcı Elgizi təccübləndirib. Aparıcının sizin nə gözəl səsiniz var deməsinin ardından, Rəmiş "Qarabağlı olasan, səsin olmasın, səni yıxıb-sürüyərlər", deyib və mikrafonu əlinə alıb. Rəmişin ifası zamanı Əli Mirəliyev də səsi ilə ona dəstək verib. İkilinin bu ifası qonaqları məst edib.
Serenay Sarıkaya "Çukur"da
Məşhur azərbaycanlı bəstəkar vəfat etdi
Əməkdar incəsənət xadimi Həsənağa Adıgözəlzadə dünyasını dəyişib. Bəstəkar dünən vəfat edib. Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, bəstəkarın nəşi bu gün Türkiyədən Bakıya gətirilib.
"İşimə qayıtmağımda jurnalistlərin rolu həlledici oldu"
Azərbaycan efirində şok anlar: məşhur rəqassə yandı - VİDEO
ARB TV-nin "Sayqa ilə" verilişində gərgin anlar yaşanıb. Belə ki, verilişə qonaq qismində dəvət olunan rəqqasə Simona Amirovanın saçları yanıb. Rəqs etdikdən sonra başındakı şamdanı masanın üzərinə qoymaq istəyərkən Simonanın saçları alovlanıb. Yerə yıxılan rəqqasəyə studiya işçiləri kömək edib.
“Eurovision” təmsilçimiz Kirkorovun doğum günündə - FOTO
"Aygünlə duet oxudum və onu depressiyadan çıxardım" - Namiq
“Bizim bir-birimizə böyük dəstəyimiz olub. Bunu çox xırdaladım. Səhnəyə yanaşmağı, bir çox şeyləri öyrəndim. Amma bir çox şeyləri də öyrətdim”. Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “10-dan sonra” verilişində deyib. Xalq artisti Aygün Kazımova ilə duet ortaqlığından danışan sənətçi gözlənilməz açıqlama verib. O bildirib ki, Kazımova ilə duet oxuyaraq onu depressiyadan qurtarıb:
"Qisasçılar: Sonsuzluq savaşı" bütünlükdə IMAX® kamerası ilə çəkilmiş ilk Hollivud filmi
IMAX və MARVREL əməkdaşlığının 10 illiyini "Qisasçılar: Sonsuzluq savaşı" blokbasterinin nümayişi ilə qeyd edəcək. MARVEL kino kainatının bütün personajlarının ilk dəfə olaraq bir araya toplaşdığı "QİSASÇILAR: SONSUZLUQ SAVAŞI" filmi ilk səhnədən tutmuş sonuncuya kimi bütünlüklə IMAX kamerası ilə çəkilmiş ilk bədii Hollivud filmidir. Çəkiliş zamanı ALEXA IMAX kamerasından istifadə olunmuşdur. Tanınmış rejissorlar öz sənət əsərlərini ərsəyə gətirmək üçün artıq IMAX avadanlığından istifadə etmişlər, məsələn Kristofer Nolan, Rayan Conson, Maykl Mey və Russo qardaşları. Lakin indiyə kimi bu kamerdan istifadə qismən olmuşdur.
Kaliforniyada ADR-in 100 illiyinə həsr olunmuş şahmat turniri
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş geniş şahmat turniri keçirilib. “Bakı Açıq Şahmat Turniri” adlandırılan turnir San Dieqo Şahmat Klubu tərəfindən keçirilib. Turninirin bundan sonra hər il 28 may - Respublika Günü ərəfəsində keçirilməsi nəzərdə tutulur.














