SSRİ-nin məşhur opera müğənnisi vəfat etdi

SSRİ xalq artisti, Türkmənistanın tarixində ilk dəfə Avropa opera partiyalarının ifaçısı Maya Quliyeva 98 yaşında Aşqabadda vəfat edib.ONN media bildirir ki, müğənni ötən gün axşam saatlarında yaşadığı mənzildə dünyasını dəyişib.Maya Quliyeva 1941-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Həmin ildən Türkmənistanın Mahtumqulu adına opera və balet teatrında işləyib.1955-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb.2008-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov tərəfindən Altun Aу qızıl medalına layiq görülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31