Nazim Hikmətin Azərbaycan sevgisi
1 May 2018 15:24 Mədəniyyət"Nə öyrəndisə, bu dünyada çoxunu bizdən öyrəndi"
"Romantik komminist" və ya "Romantik inqilabçı" adlandırılan 20-ci əsrin ən görkəmli şairlərindən biri vətən həsrətini Azərbaycanla dindirən Nazim Hikmət komminst ruhlu şierlər yazdığına görə barəsində qiyabi həbs qərarı verilir, buna görə də SSRİ-yə gedir. Əfv qanunundan faydalanaraq vətəninə qayıtmasına rəğmən bu dəfə həbs edilir və 12 il həbsxanada yatır. Həbsxanadan çıxdıqdan sonra Münəvvər adlı həyat yoldaşını və 3 yaşlı oğlunu Türkiyədə qoyaraq ikinci vətəni hesab etdiyi SSRİ-yə getməyə məcbur qalır.
1950-ci ildə Dünya Sülh Mükafatına layiq görülüb.
Bundan bir il sonra isə Türkiyə vətəndaşlığından çıxarılır.
Nazim Hikmət 4 dəfə ailə qurub. Sonuncu dəfə Moskvada Vera adlı qadını vurulur və qadın ərindən boşanaraq Nazimlə evlənir.
Nazim Hikmət tez-tez Bakıya gəlirdi. "Bakıda oyanmaq" adlı şeirində Bakını həm İstanbula, həmdə İzmirə bənzədib. Bakıda tələbələr qarşısında çıxış etdiyi zaman bu sözləri söyləyib: "Mən indi, burda fikirləşirəm, bəlkə mən görmədim, oğlum görəcək, İstanbulda da, bizim universitetdə də salon olacaq. Ora da Azərbaycandan bir şair gələcək, o şairdən bir istəyim var. Mənim istanbullu gənclərimə desin ki, bizə də sizin Nazim gəldi, biz onu qardaş kimi bağrımıza basdıq və biz ona çox şey öyrətdik. Nə öyrəndisə, bu dünyada çoxunu bizdən öyrəndi. Məndən salam desin, bəlkə mən məmləkətimə qovuşa bilmərəm amma o məmləkətimi görər.
Moskvadakı evində dünyasını dəyişən Nazim Hikmətin məzarı "Novodeviçye" qəbirsanlığındadır.
Ölümündən sonra Türkiyədə şeirlərinə qoyulan qadağa ləğv edilib ə şair 2009-cu ildə bəraət alıb.
Olaylar.az "Belə belə işlər"-ə istinadən