Azərbaycan muğamı kosmosda 

Təsəvvür edin ki, həqiqətəndə yadplanetlilər varsa, onların yerdən ilk eşidəcəyi səslərdən biri Azərbaycan muğamıdır. 1977-ci ildə NASA "Voyager 1" adlı peykini kosmosa göndərib. Amerikalı astronom Karl Saqanın hazırladığı "Voyager" qızıl plastinkasına 27 melodiya daxildir. Bu melodiyalardan biri Azərbaycanın xalq artisti Kamil Cəlilovun balabanda ifa etdiyi "Muğam" kompozisiyasıdır. 

Yadplanetlilər üçün musiqidən başqa Yer haqqında 116 şəkil, BMT-nin baş katibi Kurt Valdhaymın səsli mesajı, ABŞ prezidenti Cimmi Karterin məktubu, addım səsləri, küləyin vıyıltısı, yağış səsi, quşların səsi və 55 dildə salam sözü də göndərilib. "Voyager 1"-in 40 min il sonra 17,6 işıq ili uzaqlıqda olan AC+79 3888 ulduzuna çatması gözlənilir.

Olaylar.az "Belə belə işlər" istinadən xəbər verir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31