Beynəlxalq Caz Günü - Muğam Mərkəzində
Beynəlxalq Muğam Mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Caz Günü münasibətilə qala-konsert keçirilib. Konsertdən əvvəl Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək ölkəmizdə caz musiqisinin zəngin və tarixi ənənələrinin olduğunu bildirib. Sonra UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının loqosunun həkk olunduğu xatirə hədiyyəsi Bakı Caz Festivalının rəhbəri Leyla Əfəndiyevaya təqdim edilib.
1 May 2018 07:44 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Caz Günü münasibətilə qala-konsert keçirilib.
Konsertdən əvvəl Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək ölkəmizdə caz musiqisinin zəngin və tarixi ənənələrinin olduğunu bildirib.
Sonra UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının loqosunun həkk olunduğu xatirə hədiyyəsi Bakı Caz Festivalının rəhbəri Leyla Əfəndiyevaya təqdim edilib.
Leyla Əfəndiyeva bildirib ki, Azərbaycanda cazın böyük tarixi var. Ölkəmizdə Tofiq Quliyevin, Niyazinin, Tofiq Əhmədovun rəhbərliyi ilə caz kollektivləri fəaliyyət göstərib. Azərbaycan caz musiqisi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə məşhurlaşıb.
ABŞ səfirliyinin müşaviri Uilyam Gill deyib ki, Bakıda Beynəlxalq Caz Gününün qeyd edilməsi musiqinin sərhədsiz olduğunu bir daha təsdiqləyir. Caz dünya miqyasında genişlənərək fərqli mədəniyyət və onun sivil üslublarına əsaslanaraq ümumbəşəri xarakter alıb. "Düşünürəm ki, multikultural tarixi ilə seçilən Azərbaycan bu səbəbdən cazı tam qəbul edə və bir qədər də özününküləşdirə bilib. Azərbaycanın caz musiqiçilərinin dünyada tanınması təqdirəlayiqdir", - deyə Uilyam Gill vurğulayıb.
Sonra qala-konsert başlayıb. Konsertdə ABŞ-ın tanınmış caz qrupu "Kennedy Administration", həmçinin yerli caz ifaçıları klassik və müasir caz nümunələri ilə çıxış ediblər.