"Muğam yoxdur" deyən Ağadadaş: "Az qalırdı, tutub döysünlər..." - VİDEO
30 Aprel 2018 13:43 MədəniyyətXalq artisti Ağadadaş Ağayev ötən həftə "Qarabağda muğam məktəbi yoxdur" açıqlaması cəmiyyətdə müzakirələrə səbəb oldu. Qarabağ muğam məktəbinin yetirmələri ona qarşı çıxdılar.
Tanınmış müğənni "Space" kanalında yayımlanan "Onda başladıq" verilişində məsələyə aydınlıq gətirib və onu qınayanlara səslənib:
"Məni qınayan adamlar məndən üzr istədilər. Əlbəttə, Cabir Əliyevə sual veriblər, o da cavab verib. Amma Cabir mənə zəng edib soruşmalıydı. Mən Qarabağ muğamını bəyənməsəydim, Cabirə "bal Cabir" deməzdim. Xahiş edirəm, heç kim ayrı-seçkilik salmasın. Hamımız azərbaycanlıyıq. Mən vaxtilə toyda muğam oxuya bilmirdim. Az qalırdılar adamı tutub döysünlər. Muğam oxuyanlar bir küncə sıxılmışdılar. Muğam ölüb getmişdi, amma indi muğamlarımız toyların bir parçasına çevrilib. Muğamı İSESKO, YUNESKO səviyyəsində tanıdan Mehriban xanım oldu".
Yenicag.az