"Sən gəlməz oldun" mahnısı kimə yazılıb?
1924-cü ildə Gəncədə dünyaya gələn Ələkbər Tağıyev 35 ildən çox prokurorluq orqanlarında fəaliyyət göstərib. Oğlu Akifin kiçik yaşlarında dünyasını dəyişməsi onu sarsıdır. Yenidən oğlu olmasını istəsə də iki qızı dünyaya gəlir. Yaxınları bəstəkarı falçıya aparırlar. Falçı ona deyir: "Narahat olma, sənin oğlun olacaq, bundan sonra sənə vergi veriləcək". 1958-ci ildə Ələkbər Tağıyevin oğlu Xaliq dünyaya gəlir.
27 Aprel 2018 12:29 Mədəniyyət"Narahat olma, sənin oğlun olacaq, bundan sonra sənə vergi veriləcək"
1924-cü ildə Gəncədə dünyaya gələn Ələkbər Tağıyev 35 ildən çox prokurorluq orqanlarında fəaliyyət göstərib. Oğlu Akifin kiçik yaşlarında dünyasını dəyişməsi onu sarsıdır. Yenidən oğlu olmasını istəsə də iki qızı dünyaya gəlir. Yaxınları bəstəkarı falçıya aparırlar. Falçı ona deyir: "Narahat olma, sənin oğlun olacaq, bundan sonra sənə vergi veriləcək". 1958-ci ildə Ələkbər Tağıyevin oğlu Xaliq dünyaya gəlir.
Bir gün Göygölü seyr edən Ələkbər Tağıyev musiqi zümzümə etməyə başlayır. Musiqini nota köçürərək dostu Qəmbər Hüseynliyə göstərir. Beləliklə "Qonşu qız" mahnısı yaranır.
Ələkbər Tağıyevin qardaşının gəlini gənc yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Bəstəkar onun yas mərasiminə gedir, bu hadisə onu sarsıdır. Evə gələrək "Sən gəlməz oldun" mahnısını yazır. Mahnının sözləri şairə Mədinə Gülgünə məxsusdur. Hazırda bütün qonşu ölkələrdə də ifa edilən bu mahnı Fransada musiqi tarixinin 40 ən yaxşı mahnısından biri seçilib.
"Ermənilərin" belə öz adlarına keçirtmək istədiyi, hər bir azərbaycanlının sevərək dinlədiyi əfsanəvi mahnının bəstəkarı Ələkbər Tağıyev 1981-ci ildə 56 yaşında dünyasını dəyişib.
Olaylar.az "Belə belə işlər"-ə istinadən xəbər verir