Qarabağın "dəmir ledi"-si
Ona Qarabağın "dəmir ledisi"-də deyirlər. Qardaşının, iki ərinin, övladlarının ölümünü görüb. Azərbaycanın ilk maarifçi qadınlarından olan Həmidə Cavanşırin atası Əhməd bəy arvadını evdən qovur və Həmidə15 yaşında polkovnik İbrahim bəy Davatdarova ərə gedir. O vaxt Rusiya imperiyasının tərkibində olan Qarsda yaşayır.Mina və Müzəffər adlı övladları dünyaya gəlir. 1902-ci ildə ərinin vəfatından sonra Həmidə Şuşaya qayıdır. 1903-cü ildə atası Əhməd bəy sətəlcəmdən dünyasını dəyişir.
27 Aprel 2018 13:03 MədəniyyətCəlil Məmmədquluzadənin həyat yoldaşı -Həmidə Cavanşir
Ona Qarabağın "dəmir ledisi"-də deyirlər. Qardaşının, iki ərinin, övladlarının ölümünü görüb. Azərbaycanın ilk maarifçi qadınlarından olan Həmidə Cavanşırin atası Əhməd bəy arvadını evdən qovur və Həmidə15 yaşında polkovnik İbrahim bəy Davatdarova ərə gedir. O vaxt Rusiya imperiyasının tərkibində olan Qarsda yaşayır.Mina və Müzəffər adlı övladları dünyaya gəlir. 1902-ci ildə ərinin vəfatından sonra Həmidə Şuşaya qayıdır. 1903-cü ildə atası Əhməd bəy sətəlcəmdən dünyasını dəyişir.
.jpg)
Kasıblara yemək paylayır, xəstə uşaqlara peyvənd gətizdirir.
1905-ci ildə Tiflisdə Cəlil Məmmədquluzadə ilə tanış olur. 2 ildən sonra cütlük ailə qurur. Onlar birlikdə 25 il maarifləndirmə ilə məşğul olurlar.
Bir dəfə mollalar Mirzə Cəlili təhdid edəndə Həmidə silahlanır və Mirzə Cəlili vağzala qədər müşaiyət edir. O, vaxtilə Mirzə Ələkbər Sabirə də çox dəstək olmuşdu.
Üzeyir Hacıbəyov: "Sabir kimi şairi təqdir edən bir kişi olmadı, bir arvad oldu ki, şairin səhhəti üçün milyonçu kişilərə rəğmən, öz var-dövlətindən keçdi".
1909-cu ildə Kəhrizlidə ilk dəfə 30 oğlan, 10 qızın oxuduğu məktəb açır. O Qafqaz Müsəlman Qadınları Cəmiyyətinin yaradıcılarından idi. Həmidə xanım Qafqazda qurultay məruzəçisi olan ilk qadın olub.
Sovet hakimiyyəti qurulandan sonra "Molla Nəsrəddin"-ə olan təzyiqlər, Mirzə Cəlilin xəstəliyi, qızı Minanın intihar etməsi Həmidəni çox sarsıdır. 1932-ci ildə Mirzə Cəlil vəfat edir.
Həmidə bəy nəslindən olduğu üçün torpaqları əlindən alınmış, səsvermə hüququndan məhrum edilmişdi. Bakıya köçərək Yazıçılar İttifaqına üzv seçilir. 25 yaşlı oğlu Midhət vərəmdən dünyasını dəyişir. 1955-ci ildə Həmidə Cavanşir vəfat edir. Fəxri Xiyabanda Cəlil Məmmədquluzadənin yanında dəfn olunur.
Onun yazdığı "Xatirələrim" kitabı ilk dəfə 2011-ci ildə tam formada çap edilir.
Həmidə xanımın nəvəsi Mina Davatdarova Azərbaycanda dəri-zöhrəvi xəstəlikləri üzrə ilk qadın professordur. Qızı Həmidə Məlikova rəssamdır və Rusiyada "Böyük Teatr"-ın solisti Azərbaycanın əməkdar artisti Elçin Əzizovla evlidir.
Olaylar.az "Belə-belə işlər"-ə istinadən xəbər verir.