Sevgi yağışı
27 Aprel 2018 12:46 MədəniyyətBəlkə göz yaşıdır bu, yağış deyil,
Bir sevən aşiqin gözündən gəlir,
Bəlkə bir vəfasız, bir be ilqarın,
Səbəbi üzündən tökülüb gəlir.
Bu yağış nə Məcnun, nə dəli deyil,
Eşqin məhəbbətin bədəli deyil,
Məcnun taleyindən gileyli deyil,
Sevgi dastanının sözündən gəlir.
Sevgi alovunu söndürməz sular,
Nə sellər, nə çaylar, nə də yağışlar,
Sevgini HAQQ öyər, HAQQ alqışlayar,
Bu yanğı TANRININ Özündən gəlir.
Əgər, diqqət etsək suyun əslinə,
Onda bilərik ki, onun əsli nə.
Hidrogen birləşib oksigen ilə,
Əmələ gətirdi su adlı gilə.
Hidrogen - məlumdur ki, o yanandır,
Oksigen - yanmaya uyğun məkandır.
Hidrogen alışan, oksigen yaxan,
Biri sevən aşiq, birisi canan,
Sevərək birləşib iki növcavan,
Verdilər dünyaya həyat adlı can.
Sevgi alovunu söndürürməz sular,
Çün elə sevgiylə yoğrulmuşdular!
( İlqar )
17 may, 2017-ci il,
Bakı.
Torpaq sahibini gözləyir bu gün
Eşitdim kiməsə papaq vermisən,
Papaq yox, nəyəsə yamaq vermisən,
Düşmənə yurd-yuva, torpaq vermisən,
Bir dön, keçmişinə nəzər sal bu gün,
Torpaq sahibini gözləyir bu gün!
Dədəmiz, Babamız itaət etdi
Qurana. ALLAHA ibadət etdi,
Sənə Qarabağı əmanət etdi,
Ona həmdəm idi toy, nişan, düyün,
Torpaq sahibini gözləyir bu gün!
Müqəddəs sayılar eldə əmanət,
Əmanətə heç vaxt olmaz xəyanət,
Həm Ana, həm Vətən, həm də ki, Cənnət
Qarabağ xilaskar gözləyir bu gün,
Torpaq sahibini gözləyir bu gün!
Zaman sürəti ilə öyünür bu gün,
Hazırlıq bu gündür, imtahan bu gün,
İnşaallah açılar sehrli düyün,
Tərifi birlikdir qüvvətin, gücün,
Torpaq sahibini gözləyir bu gün!
Bülbül öz gülünü tapacaq yəqin,
Sahibi yurduna dönəcək yəqin,
Onunçün bir olun, əl-ələ verin,
Yox olsun xarları çiçəyin, gülün,
Torpaq sahibini gözləyir bu gün!
( İlqar )
22. 12. 2016, saat 23:00
Müdrik insan, dahi alim
Xudu Məmmədovun xalça naxışları haqda elmi açıqlaması
Bir insan, bir müəllim, bir alim-Xudu,
Tapdı naxışlarda kristall kodu.
Kod nə söyləyirdi bizlərə, görək,
Sirli xəzinələr açılsın gərək.
Gəlin, sadə dildə izahat verək,
Alimin fikriylə, diliylə deyək:
Xalça naxışları saf insanların,
Şirin xəyalların, xoş arzuların,
Paklığın simvolu kristalların
Simmetrik molekul quruluşudur,
İlahi gözəllik oluşumudur.
Bəli,
Xalça naxışları çiçək qızların,
Qoçaq gəlinlərin, zirək qızların,
Dişi aslanların - mərd anaların
Əlinin əməyi, göznün nurudur,
İlqarı, vəfası, həm qürurudur.
Xalça naxışları mərd ataların
Müdrik babaların - ağsaqqalların
Öyüdü, təmkini, davranışıdır,
Ata Yurdumuzun od - ocağının
Sönməyən, əbədi bir yanışıdı
1
Naxışlar şanlı əskər oğulların,
Qeyrətli, hünərli ər oğulların,
Koroğlu nərəli nər oğulların
Tərlan tək şığıyan bir vuruşudur,
Ulusun, Elatın var oluşudur,
HAQQA xidmət edən bu insanların
HAQQA çathaçatı qurtuluşudur.
Ey əvəzsiz anam, qiymətli Anam,
Zəhmətkeş, cəfakeş, qayğıkeş Anam
Möhtəşəm İlahi qurluşları Sən,
Qəlblərdə əbədi yanışları Sən,
HAQQA-ƏDALƏTƏ çağrışları Sən,
Toxudun ilmələr, arqaşlar ilə,
Nələr yaratmadın naxışlar ilə!!!
İlqar Böyükkişi oğlu.