Əvvəl anbar, kazino, indi isə teatr binası
20-ci əsrin sonlarında Bakı milyonçusu Hacı Haşım bəy Kərimov Malakan və Praçeçnaya küçələrinin tinində məhsul ehtiyatını saxlamaq üçün anbar tikdirir. Çin və Yaponiyadan səyahətdən qayıtmış, tacirin oğlu Əliheydər Kərimov bu binanı Çin-Yapon üslubunda dizayn etdirir.
27 Aprel 2018 12:27 MədəniyyətRus Dram Teatrının tarixi
20-ci əsrin sonlarında Bakı milyonçusu Hacı Haşım bəy Kərimov Malakan və Praçeçnaya küçələrinin tinində məhsul ehtiyatını saxlamaq üçün anbar tikdirir. Çin və Yaponiyadan səyahətdən qayıtmış, tacirin oğlu Əliheydər Kərimov bu binanı Çin-Yapon üslubunda dizayn etdirir. Olaylar.az 1916-ci ildə bu binada "Mikado" adlı kinoteatr açılır. 1918-1920-ci illər Xalq Cümhuriyyəti zamanında binada "Pel-Mel" adlı klub fəaliyyət göstərir. Bu klubda kazino ilə yanaşı müxtəlif ölkələrin teatr truppaları çıxış edirdi. 1920-1924-cü illərdə isə binada "Bakı azad tənqid-təbliğ teatrı" fəaliyyət göstərməyə başladı. Bu teatr sovet hakimiyyətinin təşviqat vasitəsi idi. 1924-cü ildə bina tamamilə boşaldılaraq Bakı Fəhlə Teatrının ixtiyarına verilir. Amma binanın Şərq üslubunda olması sovet hakimiyyətinin xoşuna gəlmir. Bina 1928-ci ildə əsaslı təmir olunur. Amma binanın yeni qara rəngli və zavoda bənzədilən görünüşü şəhər əhalisinin xoşuna gəlmir. 1956-ci ilə qədər binada Azərbaycan Dövlət Rus Dram Teatrı fəaliyyət göstərir. Həmin ilin iyun ayında teatra Azərbaycan şairi Səməd Vurğunun adı verilib. 1962-1964-cü və 1980-ci ildə binada əsaslı təmir işləri aparılıb.