Mədəniyyət
Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş sərgi
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibəti ilə sərgi açılıb. Sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mikayıl Müşfiqin110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil edilib.
Qazaxıstan Milli Muzeynin əsərləri Azərbaycanda
Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Muzeyi ilə birgə “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi keçirilir.
Rahidə İlhaməni ələ saldı - Video
Müğənni Rahidə Baxışova "Maşın" şounu tərk edən aparıcı İlhamə Bədəlova haqda Baku.TV-yə danışıb. Müğənni sevincini belə dilə gətirib:
“Mizan” Tələbə Dram Dərnəyi Cocuq Mərcanlıda
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində Fondun dəstəyi ilə fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyinin üzvləri Cocuq Mərcanlı sakinlərinin qonağı olublar. Olaylar.az bildirir ki, nümayəndə heyəti əvvəlcə Horadiz şəhərində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, gənclərə aprel döyüşlərinin gedişatı, Azərbaycan Ordusunun möhtəşəm qələbəsi, Lələtəpə yüksəkliyinin strateji əhəmiyyəti haqqında ətraflı məlumat verilib.
Aleksandr Ata Tarix muzeyində
Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Olaylar.az bildirir ki, Aleksandr Atanı muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayıb. Qonaqlara muzeydə yeni açılan Qazaxıstanın “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisində və muzeyin ekspozisiya zallarında ekskursiya aparılıb.
Elçin Şirinov və Andras Des Trio konserti - Muğam Mərkəzində
“Baku Summer Jazz Days” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu Elçin Şirinov və Macarıstanın “Andras Des Trio” qrupu konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, konsertdə müəllif kompozisiyaları və populyar caz-hitlər səsləndirilib.
"Təhminə və Zaur"un premyerası olacaq
İsveçdə oynanılan tamaşada azərbaycanlı uşaq rolu ilə hamını heyran etdi
"Ümid edirəm ki, həyat yoldaşım bu verilişə baxmayacaq" - Murad Dadaşov
Kübra Əliyevadan İlhamə Quliyevanın oğlu haqda gözlənilməz sözlər
"İlhamə kimsən, Vişnunun arvadısan?"
“Damlaya 2500 manat ayırmışdım” - İbrahim Borçalı - VİDEO
Mikayıl Müşfiq - “Əbədiyyat nəğməsi”
Azərbaycan Respublika Prezidenti İlham Əliyevin mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin keçirilməsi haqqında imzalanmış Sərəncamını əsas tutaraq, Yasamal rayonu İcra Hakimiyyətinin, Mədəniyyətsünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, C.Cabbarlı Mədəniyyət Fondunun və Müşfiqsevər ziyalılarının birgə təşkilatçılığı ilə nakam şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş “Əbədiyyat nəğməsi” adlı poeziya günü keçirilib.
30 illik yubiley
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 36 nömrəli uşaq musiqi məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında məktəbin yaranmasının 30 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib.














