Kübra Əliyevadan İlhamə Quliyevanın oğlu haqda gözlənilməz sözlər
5 İyun 2018 16:48 MədəniyyətƏməkdar artist Kübra Əliyeva mərhum xalq artisti İlhamə Quliyeva barədə qalmaqala səbəb olacaq fikirlər səsləndirib.
Aktrisa Quliyevanın onun həbsxanada vəfat etmiş böyük oğlu Rauf Məmmədov barədə xoşagəlməz ifadələr səsləndirdiyini bildirib:
"Aramızda anlaşılmazlıq yarandı. İlhamə də oğlum Raufla bağlı xoşagəlməz sözlər demişdi. Düşündüm ki, bəlkə sosial şəbəkədə ona cavab yazım.
Ancaq sonradan fikrimdən daşındım. Yazacaqdım ki, sənin oğlun kimi insanların çemodanla gətirdikləri mənim oğlumu zərərli vərdişlərə sövq edir. Yenə də mən ətrafa ziyan vurmasın deyə, evdə saxlayırdım. Ancaq onun oğlunu aeroportda saxlamışdılar".
Qeyd edək ki, K.Əliyevanın oğlu Rauf Məmmədov 2015-ci ildə həbsxanada vəfat edib.
Olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31